کانون دمکراسی آزربايجان

Azərbaycan Demokrasi Ocağı / Azarbaijanian Democracy Institute

Rəngli inqilabların cazibəsi və yumşaq inhiraf


کئچمیش موصاجیبه لریمیزین آردیندا سایین اومود بی ایلقارلی بعضی سورغولاریمیزی ، مقاله فرمتنیده جاوابلاییب دیر ، چوخ اونملی و آکادمیک بیچیمده حاضیرلانمیش بو مقاله ده ایراندا باش وئرن اولایلاری و میللی حرکتیمیزین موقعینی ، آچیقلاییب و نه بوگون سیاست مئیدانیندا باشلانماسی گره کن اونملی باشلیقلار سیرالانمیشدیر ، سایغی دیر دوشونوروموز حورمتلی اومود ایلقارلی یا شوکرانلاریمیزی سونوب و عزیز اوخوجولاریمیزی مقاله نین اوخوماسینا دعوت ائدیریک.

Umud ilqarli

Giriş:

Güney Azərbaycan milli hərəkəti tarixi bir aşama yaşamaqdadır. Illər öncedən başlanan milli hərəkətimiz artıq elə bir yerə çatmiş ki, bir siyasi oyuncu olaraq tarixi qərarlar verməyə məcburdur. Bu qərarlar millətimizin gələcəyini bəlirləyəcək. Azacıq yalnışlıqla bu millətin gələcəyi bir qumar oyununa bağlana bilər. Azacıq sapma ilə , azacıq cayma ilə öz tarixi və gerçək axarından ayrılabilər. Bu millətin talei bir dönə böyük oyuncuların bazarlığında dəyişdi. Mutlu, gəlişmiş , demokratik bir ölkəyə çevriləbiləcək yurdumuz , yenidən qaranlıq bir dönəm yaşamağa məhkum oldu. Fars şovinizminin caynağına yenidən düşdü, soyqirima uğradı və…

63 il öncə Azərbaycanın tarixi gəlişməsində böyük bir çatlaq yarandi. Millət olaraq ən acil ehtiyacımız basdırıldı. 64 il öncə ödənməlı olan bir ehtiyac hələdə ödənməyib, o üzdəndə bugünkü hərəkətimizdə böyük çəlişkilərlə-təzadlarla başbaşayıq. Bölgədə və dünyada gedən hadısələrə baxdıqda milli dövlətimizi qurmaqda nəqədər gəcikmiş olduğumuzu duyuruq, ancaq hələ mərkəzə bağlılığın mənəvi zəncirlərindən  qurtarabilməyənlərimizcə hələ tezdir!

Ölkə içində tarixi hadısələr baş verir, bölgədə ardı ardına düzülən dəyişmələrə tanıq oluruq, ancaq üzərimizə çökən qaraltının üzündən nə edəcəyimiz haqda çaş baş qalmışıq. Doğrudur , biz bir millət olaraq 80 ildən çoxdur ki təhqir olunuruq, özgüvəncliyimizi əziblər, yenilik yaratmağa cəsarətimizi qiriblar, gələcəyimizdə özümüzdən çox başqalarının necə yanaşmasın etkili görürük. Bunu biz yaşam boyu öyrənmişik. Öyrədiblər bizə. 80 il təhqir sistemi içində şəxsiyyətimizi millət olaraq formalaşdiriblar. O üzdəndə bugün bir balaca meydanın dəyişməsi ilə şaşırıb qalırıq.

Sanıram, görünən kəndə Belədçi lazım deyil. Aylardır İran deyilən ölkədə yaşıl dalğa deyilən bir hərəkət başlayıb. Hakimiyyəti şaqqalayib, addim addim irəli gedən bu hərəkət haqda hələlik milli hərəkət olaraq qərarımız bəlli deyil. Əgər bir sürə milli hərəkət olaraq sukütumuz anlamliydisa,  aylar sonra bu suküt artıq öz anlamıni itirir. Bu susqunluqdan mənadan daha çox qərarsizliq tökülur. Qərasızlığın yanında başqa olaylar göstərir ki, hərəkət sakinca( əhtiyat) burulğanında firlanmaqdadır. Ictimai-siyasi hərəkətlərdə davamliliq önəmli faktordur. Xordad seçkilərindən sonra hər il yapdiğımız torənlərin və etirazların bu il heç biri görünmur. Azacıq dalda bucaqda olan hərəkətlə milləti və dünya kamuoyunu dəyişmək olmaz.

Əlbəttə dərd təkcə yaşıl hərəkət olsaydi, dözmək olardi. Məni düşündürən, gələcək olaylardir. Bu yaşıl hərəkət bəlkə bir çirtmayidir, bizi özümüzə gətirməyə. Bu çirtma ilə biz başa düşdük ki, iş çox ciddidir. Bir an düz hərəkət etməsək, bu millətin talei yənədə qumar oyununa tapşirilacaq. Yənədə özləm dolu şəir yazmağa başlayacayıq.bəlkədə o zaman daha donub arxamiza baxmağa cəsarət etməyəcəyik. O zaman yalnız yərə baxmaq və gələcək quşağın qabağında başi aşağa olmaq bizə düşəcək.

Məsələni sadələştirib iki yolun birini ( susmağa davam etmək ya yaşıl hərəkətə qoşulmaq-muvazi hərəkət kimi)seçməklə yalnız özümüzu aldatmiş olarıq.yaşıl hərəkətin dayanmasıni və ya Əhmədinejad hakimiyyətinin getməsini oturub gözləmək isə tarixi bir yalnişliqdir. Tədbirsizlik və qorxaqliq ucundan yoladüşmuş hərəkəti yenidən dayandirmaq bağişlanmaz bir xətadır. Bunu bizə gələcək quşaq(nəsl) bağişlamaz. Belə davranış, Suyun axarina düşub, özümüzu gələcək pözücu burulqanlara tapşirmaq deməkdir. müstəmləkə ölkələrinin düşdüyu pözücu burulqana ( dorə batəl) düşməmək üçün indidən bir iş görmək lazımdır. alın yazısina inanıb munfəilliyə əl atmaq isə bizə düşən bir seçənək deyil. Biz özümüzu və bizi surukləyən dalğaları doğru düzgün tanıyib və öz yolumuzu cizmalıyiq. O zaman dalğaların qurbanı olmayib, onlardan yararlanmaği bacaracayıq.

Bu yazıda hərəkətimizin mahiyyətini nəzərdə alaraq, üzərimizə gələn və bizi götürən dalğalarla necə davranacağımız  haqda düşüncələrimi iletməyə çalışacam.

Ictimai dəyişimlər və ictimai hərəkətlərin mahiyyəti

Sosyolijistlərin maraqlandiği və üzərində araştirma apardığı önəmli qonulardan biri ictimai dəyişim və dönüşumlərdir. Ancaq ictimai dəyişim və dönüşumlərləin nədənləri və necə başverməsi ilə bağlı , sosyolijidə genəl bir təori ( quram) və qapsayıci bir model yoxdur. Citimai dəyişimlərdə çeşitli amillərin rolunun olması və bu amillərin bir birini etkiləməsi çağdaş sosyolojinin qəbul etdiyi bir ilkedir.

Iqtisadi altyapı, təknology, cəmiyyət amili, idəology, dəyərlər və təzadlar…kimi amillər toplum uzmanlarının araştirdıqları amillərdəndilər. Bu ətkənlər( amillər) dəyişim və dönüşumə yataq sağlasalar da, sonunda insanların fərdi(birəysəl) və cəmi(toplusal) hərəkətləri sonucunda ictimai dəyişim gerçəkləşir və ictimai tarix yaranır.

Insanların fərdi və cəmi olaraq dəyişim yaratmağa can atmaları onların ehtiyaclarından( gərəksinimlərindən), istək və hədəflərindən doğur. Indiki ictimai – siyasi quruluş , dəyərlər və örgütlər bir toplumun istəyincə deyilsə, o toplumun acil ehtiyaclarını qaldirmirsa durumu dəyiştirmək söz qonusu olur. Toplu olaraq hərəkətə kəçib durumu dəyiştirmək, ictimai hərəkətin( toplumsal hərəkətin) təməlini oluşturur.(əlbəttə toplumsal hərəkətlər bəzi hallarda bir dəyişimə qarşı özəl varliqları qoruyub saxlamaq hədəfi ilə də yaranabilərlər)

Toplumsal hərəkətlər çağdaş dünyamizda dəyişim və dönüşum yaradan əsas amillərdəndi(ətkənlərdəndir). Toplumsal hərəkətlərə görə çox saylı araştirmalar və yazılar olsada, vahid və sabit bir tərif(tanıtim) bu haqda yoxdur. Hər bir araştirmacı qullandığı paradıgm və göruş açısi etibari ilə toplumsal hərəkətin bir bolumunu açıqlayir. Ancaq genəl olaraq demək olar ki, ictimai hərəkət bir toplumun özəl hədəflərə çatmaq üçün cəmi olaraq çalışması və əyləmləridir.

Fransali adlim sosyilojist «Alen toren»in dediyi kimi , ictimai hərəkətlərin varliq nədəni uç əsası ilkəyə bağlıdir.

-hoviyyət( kimlik) ilkəsi: ictimai hərəkət hansı qurumu və toplumu təmsil edir? Hansı toplumun qazanclarını qoruyur və o toplumun adından danışır?

– muxalıfət ya qarşıtliq ilkəsi: ictimai hərəkət hədəfinə çatmaq uçu hansı əsas mənə ilə qarşı qarşıyadır? Qarşısında duran hərif və düşmən kimdir? Hansı örgüt, güc, düşüncə və dəyərlər ictimai hərəkətin hədəflərinə qarşı düşməncə əməl edir?

-idəallar , dəyərlər , ulkülər və bir sözlə umumiyyət ilkəsi:bir ictimai hərəkətin ideolojiyası nedir? Ulküləri nedir? Dünyaca qəbul olunan hansı əsl əsasında hərəkətin başlayıb? O toplumun inandığı və qəbul etdiyi hansı umumi dəyərə dayanaraq mubarizəyə başlayıb? Hansı qəbul olmuş haqqa dayanaraq mubarizə etməkdə özünü haqlı bilir?

Beləcə ictimai hərəkətin mahiyyəti bəlli olur və  qullandığı araclardan , mubarizə tərzindən , istədiyi dəyişimin səviyyəsi və necə uyqulanmasından asılı olaraq kültürəl, siyasi, milli , təbəqati, cinsiyyeti, inqilabi, radıkal, islahatçi, qurtuluşçu, kılasik və yeni ictimai hərəkətlər adı ilə ortaya çıxır.

Bu hərəkətlərin hər birinin istədiyi dəyişimi yaratmaq üçün, qarşıdakı düşməndən-manədən daha artıq güc mobaylizə etməsi gərəklidir. Bu əsasda ictimai hərəkətlər mahiyyətlərindən asılı olaraq bir sıra öyələrlə maddi və mənəvi güc toparlamağa başlayır. Ideoloji, təşkilat( örgüt), lider ( öndər) və liderlik, səmbollar( simgələr) –nimadlar- bayraq, …kimi öyələr ictimai hərəkətlərin güclənməsini sağlayan və mahiyyətini göstərən unsurlardır.

Ictimai hərəkətin mahiyyəti dəyişirsə, bu unsurlarda dəyişə bilər . tərsinə bu unsurların dəyişməsi ictimai hərəkətin mahiyyətcə dəyişməsini göstərəbilər. Mahiyyəti dəyişən bir ictimai hərəkətin yaradacaği dəyişimlərdə fərqli olar.gedəcəyi noqtə də dəyişər.

Güney Azərbaycan milli hərəkəti ictimai bir hərəkətdir. Bu hərəkətin mahiyyəti bəllidir .Alen Torenin ortaya qoyduğu üç əsas ilkəni nəzərdə alarsaq, onun mahiyyətinin nə olduğu açıq görünər. Bu hərəkət toplu olaraq bir milləti təmsil edir, bir millətin milli qazanclarını qorumağa çalışır, bir millətin adından danışır, bir millətin ən acil istəklərini  ödəməyə çalışır. Bu üzdən bu ictimai hərəkət milli bir hərəkətdir. Təmsil etdiyi millət isə İran milləti deyil ,Güney Azərbaycan türk millətidir.bütün dünyaca qəbul olunmuş «öz gələcəyin bəlirləmə» haqqina dayanaraq, demokrasi və insan haqlarına dayanaraq, bərabərliyə və azadlığa dayanaraq yola çıxan bir hərəkətdir. Bu dəyərlər əsasında Güney Azərbaycanı müstəmləkəçilikdən qurtarmaq istəyir, azad , demokratik , murəffəh, insanların cinsindən –rəngindən-soyundan-məzhəbindən asılı olmayaraq bərabər huquqa malık  və gəlişmiş bir ölkə qurmaq istəyir.qarşısında isə geri qalmış dəyərlər, şovonism və onu təmsil edən bir totalıter hakimiyyət var.

Belə bir hərəkətin özünə özgü bir ideolojiyası, örgüt və ya örgütləri, lideri və ya liderliyi, simbolları  və bayrağı, … olmalıdır.  Hərəkətin mahiyyəti və çevrənin şərayitinə görə stratejisi və pılanları olmalıdır. Belə olmadığı halda hərəkətin mahiyyətinin hər an dəyişməsi göz önündədir. Mahiyyəti dəyişən hərəkət isə millətin ən acil istəyindən doğan hədəfləri deyil başqa hədəflərə yönələcək. Millətimizin tarixi və zəruru olaraq istədiyi dəyişim deyil başqa noqtələrə gətirib çıxaracaq.hərəkətimizin hamihiyyətini doğru düzgün başa düşmək , ona güclənməsinə və düz yolda hərəkət etməsinə gərəkən unsurları sağlamaq və saxlamaq Belə bir həssas zamanda sapmamiz və caymamizi önləyəcək.

istemara qarşı hərəkətlər və Milli hərəkətimiz

Özgə bir millət çeşitli nədənlərə görə bir millətə hakim olursa və onun varliqların öz qazancina qullanırsa estemar (sömürgəcilik) adlanır.estemarçi öz hakimiyyətini və üstün qonumunu müstəmləkə millətə bir dizi qanıtlamalar və tocihlərlə qəbul ətdirir. Bu qanıtlamalar və tocihlərin hamısı bir yərdə bir sistem oluşturur, bu sistemə bütünlukdə estemar Ideolojisi deyilir.

Klasık estemar artıq bugünkü dünyada görünməsədə, estemarçilar yeni metodlarla müstəmləkə millətlərə öz hakimiyyətlərin sürürlər və öz qazancların yeni yollarla aparırlar.yeni estemarların yeni estemar Ideolojisi var.yeni estemar Ideolojiləri klasık Ideolojilərdən daha yumşaq və daha incə olur. Beləki sömürülən millət  öz istəyi ilə estemarin çeşitli alanlarda hakimiyyətini qəbul edir və bu hakimiyyəti özünə qazanc kimi dəyərləndirir. Yeni estemar idəəolojisinin gəlişməsində sömürülən millətin özünundə rolu olur. ona görədə  yeni estemara qarşı mubarizə kılasik estemara qarşık mubarizedən çətindir.

Indiki dünyada estemarçi cazibəli yataqlar hazırlayir. Heç bir sərt güc qullanmadan millətlər o yataqlara düşur. Sonucda bu yataqlarla irəli gedən millət istemarin qucağına düşməkdə başqaları ilə riqabətə Belə keçir.

Estemar altında yaşayan millətlərdə insanlar və bütünlukdə toplumun çoxunluğu öz doğma şəxsiyyətindən uzaqlaşir. Kimliyin itirir və o toplumun tarixi gəlişməsində çatlaq yaranır. Belə bir toplum özgə millətə iqtisadi, siyasi, ictimai və pesikolojik baxımdan bağlandiği üçün , bağimsiz bir aksiyöna (əyləmə) malık olabilmir. Özgə  millətin dalınca gedir. Onun hərəkətləri öz gerçək və acil  ehtiyacları əsasında yox, başqa millətin acil gərəksinimləri əsasında yaranır. Maraqlıdır ki, sömürülən millətin etirazi hərəkətləri Belə hakim millətin acil ehtiyacları əsasında olur. başqa millətdən gələn və doğma olmayan bir ehtiyac  o millətin əsil ehtiyacları yerinə yərləşir. Əlbəttə burada sohbət öncəlikli ehtiyaclardan gedir( tərcih məsələsi ortadadır).

Müstəmləkə millətlərdə insanlarda özgüvənclik(ətəmad bə nəfs) çox aşaği olur. insanlar illər boyu təhqir olunmuşlar, onlarda yenilik və yaradıcılıq çox az görünür.estemar o milləti alçaldib, özünun üstün olduğunu illər boyu aşılayir, özünun gəlişməyə, azadliğa və hakim olmağa ləyaqitli olduğunu bir turlu onların beyninə yerləştirir.

millətlərdə milli şuur(bilinc) oyanırsa, o millət bağlılıqdan qurtarmağa və öz hakimiyyətini qurmağa hərəkətə gəlir.özgə millətə –hakim millətə bağlılığı qirmaq üçün yapılan əyləmlərin toplulluğuna estemara qarşı hərəkət deyilir.

Estemara qarşı hərəkətlər ilk dönə 18-ci yuzildə ingiltərənin Amerika müstəmləkələrində başlayır və onlar öz istiqlallarına qovuşurlar. Sonra isə 19-cu yuzildə ispanıyanın Amerika müstəmləkələri bir bir müstəqil olurlar.daha sonra 20 yuzillikdə asıya və afriqa ölkələrinə sıra çatir.

Yazıqlar olsun ki başqa millətlərin estemardan qurtulduğu illərdə , Azərbaycan türk milləti olaraq biz təzəcə estemar altına keçirdik. 19-ci yuzilliyin ilk yarisindan başlayaraq yurdumuzun bir hissəsi rus və bir bolumu isə ingilis, Amerika və əli təbrizli dəmişkən «ayaqyalın estemar» sayılan fars millətinin estemari altına düşdük.biz bu acı hadısəni yaşadıq və yaşamaqdayıq. Öncə klasık estemar daha sonra isə yeni estemari yaşadı bu millət. Millətimizin nuxBeləri(seçkinləri) estemar Ideolojisin oluşturmaqda farslardanda qabağa düşdülər. Millətimizi öz kimliyindən uzaqlaştirmaq on pılana kəçdi. Tariximiz, dilimiz, kültürumuz və…ya təhqir olundu ya saxtalaştirildi.

Estemarin sonucu olaraq, noxbelərimiz millətimizin əsas və acil ehtiyacıni (gərəksinimini) deyil, hakim millətin və dünyada gedən cərəyanların(axınların) yaratdiği ehtiyaclar əsasında mubarizə ətdilər. Güney Azərbaycanda sağçi və solçu hərəkətlər yarandi. əslində isə bu axınların başında türklər olsalarda, hamısı bizi başqa formada hakim millətə bağlı etməyə doğru aparırdi. Özümüzə güvənmədiyimiz üçün , əsil və acil gərəyimizi bilmədiyimiz üçün , dalğalardan və axınlardan baş qurtarib özümüzə gələnmədiyimiz üçün  irəli getmək yerinə firlanmışıq və yenidən estemarin qucağına düşmüşük.

Sömürülən millətin iqtisadi- siyasi baxımdan hakim millətə bağlı olduğu bir yana, pesikolojik bağlılığı daha acı olur. sankı hakim millətin talei ilə bizim taleimiz özdəşib. Beləcə illər sonra ardı ardına hərəkətlərimizin heç biri bizi qurtaranmadı. Bəlkədə əslində qurtarmaqdan qorxmuşuq!!

Son 20 il içində nəhayət Güney Azərbaycanda yeni və doğma bir hərəkət yaranmağa başladı. Sağ və sola yox deyib, əsir millətimizi öndə tutan bir milli hərəkət ortaya çıxdı. bu hərəkət başqa istemara qarşı hərəkətlər kimi mahiyyət etibari ilə milli və siyasi hərəkət sayılır. Bu hərəkətlər ( bizim milli hərəkət kimi)bir millətin qazanclarını və milli qurtuluşunu amacladıqları üçün , bir milləti təmsil ətdikləri üçün və bir millət adından danışdıqları üçün milli hərəkət sayılırlar. Habelə hədəflərinin siyasi olduğu üçün- qudrətlə ilgidə olduğu üçün, hakim millətin hakimiyyətindən qurtarmaq və öz hakimiyyətini qurmaq istədikləri üçün siyasi hərəkətdilər. Əlbəttə yeni istemarlarda hakim millət öz hakimiyyətini çox incəliklə yürütdüyü üçün , məhkum və sömürülən millət ilk başda bunu qavraya bilmir. deməkdə əsil dərdini görəbilmir. Hakim millətin təhqir siyasətinə, asimilasiyon siyasətinə qarşı özünədönüş və öz dəyərlərini qorumaq milli hərəkətin körpəliyinin özəllikləridir. Bu aşamada(mərhələdə) başqa istemara qarşı hərəkətlər kimi, bir sıra doğal özəlliklər var. istemara qarşı hərəkətin körpəlik özəllikləridir bunlar. Dilimizi qoruyub saxlamaq, tariximizin qururlu olduğunu subut etmək, dilimizin fars dilindən üstün olduğunu savunmaq, şəxsiyyətlərimizi mənimsəmək… üçün çabalar yapmışıq və yapmaqdayıq. Bir sıra yoldaşlarımız hərəkətimizin belə bir özəlliyini şairlərimizin və ədəbiyyatçılarımızın hərəkətin başlanışında sayca çox olmalarına bağlayırlar. Əslində isə bu özəllik bütün istemara qarşı hərəkətlərin özəlliyidir. bir millətin seçkinləri bugünkü fəlakətin nədənlərini   özgə millətin hakim olduğuna bağlayirsa, istemar altına düşməmişdən o millətin mutlu millət olduğuna inanır .inandığı dəyərlərin hakim millət tərəfindən əzildiyini deyirsə, o dəyərləriin varlığıni məhkum olmadığı anlarda görür. Varliqlarının hakim millət tərəfindən dağıldığını deyirsə, o varliqları məhkum olmadığı zamanda sağlam olduğuna inanır. Məhmuk olmadığı zaman isə keçmişdədir. əsir olmadığı zaman keçmişdədir. ona görə keçmişin özləmin yaşamaq doğal bir özəllikdir. Hərəkətimizdə demokrasinı bir dəyər kimi irəli sürürük, ona görədə millətçilərimizin bir çox yazılarında keçmişdə türk millətinin demokrat olması haqda sənədlər verilir. hərəkətimiz qadın kişi bərabərliyinə inanır,  ona görədə fars millətinin əsarətinə düşmədiyimiz keçmişdə , türk millətinində qadınların huququ haqda yazılar ortaya qoyulur. Bu pədidə(olqu) çox təbiidir. itmiş cənnəti keçmişdə axtarmaq istemara qarşı hərəkətin özəlliyidir.

Başqa millətlərində yaşadığı bu mərhələni aşmasaq , gələcəyə pılan tökmək və gələcəkdən aydın təsvirlər yaratmaq yerinə , keçmişə dönüş və tarixçilikdə ilişib qalacayıq. gələcəyi bəlli olmayan bir axının kütlə üçün cazibəsi olmaz.  Hər kəsin sorduğu bir soruyu hərəkətimiz cavablamalıdır: gələcək Azərbaycan necə bir ölkə olmalıdır? Sevindirici haldır ki , hərəkətimizdə bu aşamadan qurtarmağın bəlirtiləri görünür. «Azərbaycan demokrasi ocağı»nin apardığı soyləşilərdə(musahibədə) bunun izlərin görmək olar.

Başqa istemara qarşı hərəkətlərdə göründüyü kimi , bizim milli hərəkətimizin özəlliklərindən biridə «gerçəkdən qaçış» özəlliyidir. Pesikolojik baxımdan insanların çətin anlarda,  nakam qalmaq(doymaz qalmaq) anlarında və istəklərinin sərkub olduğu anda(basdırıldığı anda) təpkilərindən biri gerçəkdən qaçmaqdir. Savunma mekanizmlerindendir bu tepki.  Bu özəllik istemar altında inildəyən millətin və sonralar onun azadliq hərəkətinində özəlliyidir. Hərəkətimizdə və millətimiz içində bunu açıq görürük. Hərəkətə qoşulmaq istəməyənlərin arasında əsir olmadığımızi göstərən dəlilləri gözdən keçirsək,  bu özəlliyin nə olduğun yaxşi başa düşərik. öncə fars millətinə bir neçə söyüş yağdırdıqdan sonra, «İran türklərin əlindədir , Tehranın bazaarı türklərin əlindədir, Xamnei türkdur və…» deyənlərin sayı az deyil. nə yazıq ki gercekden qacis  özəlliyi bezen millətçilərində davranışlarında və baxışlarında görünür. Millətçilər də hərəkətimizin əsas ehtiyaclarından olan  bir sıra gerçəklərdən qaçmaqdadırlar. Istemara qarşı hərəkətlərin ən önəmli unsurlarından biri «istemara qarşı ideoloji»dır. Güney Azərbaycan türk milləti olaraq , həmişə ideolojilərin qurbanı olduğumuz üçün ideolojinin milli hərəkətdə rolunu görmədən , adından belə qaçıriq. Üstəlik dönə dönə vurqulayırıq ki, bizim hərəkətimiz ideolojik hərəkət deyil. Ideoloji deyildikdə yalnız siyasi  İslam və komonizm ideolojiləri beynimizdə canlanır. Bu ideolojilərin isə ziyanları və millətimizə vurduqları tarixi zərbələr onun dalınca beynimiə gəlir. Ideolojidən və Ideoloji sözündən belə qacmaqdayiq. Bir halda ki, milli qurtuluş hərəkətinin özünə özgü (məxsus)ideolojisi olur. nasyonalism özü Ideolojidir və istemar altından çıxmaq istəyən millətlərin nasyonalismi qurtarici(rəhayibəxş), inqilabi, radikal və siyasi nasyonalismdir. Əslində isə nasyonalism , komonism və İslamçiliqdan fərqli olaraq insanları dar bir yolaqda yürüməyə hökm edən ideoloji deyil. Nasyonalism səyyal və axıcı bir ideolojidir.  Nasyonalism Ideolojisi millətlərin durumlarından asılı olaraq mahiyyəti dəyişən bir ideolojidir. Hakim millətin nasyonalismi ilə , məhkum millətin və azad millətin nasyonalismi fərqlidir. Ideoloji idealar, dəyərlər və açıq qəzavətlər sistemidir. Bu idea sistemi bir qurumu-toplumu amaclayaraq, o toplumun kim olduğun açıqlayir, hoviyyətin bəlli edir, başqaları ilə fərqlərini ortaya qoyur, inandığı dəyərlərdən ilham alaraq o toplumun tarixi aksiyonuna(eyləminə, koneşinə) cəhət verir.ideoloji amacladıği topluma deyir ki, siz kimsiz, kimlərin vasitəsi ilə istismar olursuz ya sömürülürsüz, niyə geri qalıbsız, niyə bugünkü durum dəyişməli və ya saxlanılmalıdır. Ideoloji amacladıği qurupun mənafeini tərifləyir, o mənafeə çatmaq üçün hansı işlərin görulməsi haqda yollar göstərir. Ideoloji «biz» deyilən bir pədidəni(olqunu) yaradır. «biz» ideolojidən asılı olaraq bir ictimai təbəqə(kəsim-qatman), cins, bir millət və ya bütün bəşəriyyət olabilər.bir milləti amaclayan Ideoloji milli Ideolojidir. Hakim millətin milli Ideolojisi onun üstünlüyünü tocih edir, onların hakim olmasına haq qazandırır . bu Ideoloji Marksın dediyi kimi məhkum təbəqələrə əfyun kimidir. Məhkum təbəqəni uyudur. Məhkum milləti uyuşturur. Məhkum təbəqənin və ya millətin oyanması və bilinclənməsi isə yenədə Ideolojinin aracilığı ilə olur. milli və ya təbəqati oyanış öz özünə yaranmırr. Milli oyanışda yeni bir Ideolojini yayan noxbelərin vasitəsi ilə yaranır. Yeni Ideoloji məhkum millət üçün «istemara qarşı milli Ideoloji»dir.bu Ideoloji əsir asimilə olmağa doğru gedən millətdə hoviyyət yaradır. Bu Ideoloji əsir millətin durumunu açıqlayır, düşmənlərini tanıdır, inandığı dəyərlər əsasında gələcəyin necə olması haqda təsəvvur yaradır, o millətin arzularını dilə gətirir, sorunlarının və dərdlərinin qaynağını bəlli edir. O milləti hərəkət etməyə təhrik edir. Milli qurtuluş Ideolojisi əsir millətin çıxış yolunu göstərir, qurtuluşun azadlığın dəyərini üzə gətirir, azadliq uğrunda ölməyi əsir yaşamaqdan üstün göstərir və…

Milli ideoloji milli mənfəətə dayanan bir ideolojidir. Ona görədə siyasi qərarlarda təsmim tutanların əl ayağın bağlayan Ideoloji deyil. örnək üçün, bizim milli ideolojimizə əsasən, bugünkü düşmənlərimizdən biri ermənistan devletidir. Ancaq milli ideoloji bizə demir ki, siz Azərbaycanın prezidenti olaraq ermənistan prezidenti ilə görüşməməlisiniz. Milli ideoloji bu göruşdə milli mənfəətimizi qorumağa çağırır bizi. Milli ideolojimiz əsasında biz türkçüyük və türk millətin sevirik. Ancaq bu o dəmk deyil ki, qeyri türkləri sevmək olmaz. Biz bəşəriyyətə xidmət edən hərkəsi sevirik, erməni ya fars olsa belə.

Maraqlıdır ki, «bizim hərəkətimiz ideolojik deyil» deyənlər özləri ideolojik davranırlar. Yazarlarımızın içində bu şuari verənlərin yazılarını bir daha oxusaq , bunu açıq aydın görmək olar. Biz milli oyanış amacı ilə millətimizə dilimizin aradan getməsini uyarırıq. Millət dilin dəyərini bilməsə, onun aradan getməsinin nədən qayğısın çəkməlidir?! Biz öncə ana dilin dəyərli olduğunu, kültürümüzün dəyərini, tariximizin şanli tarix olduğunu sabit etməyə çalışırıq, sonra onun qorunması üçün milləti hərəkətə kəçməyə çağırırıq. Torpağın qutsallığın bir millət bilməsə, bir qarinc torpaq üçün nədən yüzminlər şəhid getməlidir? Düzdür ki, bu dəyərlərin hamısının arxasında məntiq də var. ancaq məntiq özlüyündə bir milləti hərəkətə keçirənməz. Arxasında məntiq olan bir idəa öncə dəyər səviyyəsinə qalxmalı və sonra əngizəyə(dürtüyə) çevrilməlidir.yoxsa yalın ve yavan bir məntiq hərəkətimizə yalnız pasıvlik aşılayacaq.

Gerçəkdən qaçış pesikolojisi istemarin yaratdığı özəllikdir. Bu pesikoloji ucundan milli məfkürəmizi gəliştirməyə imkan qalmır. kerekmez görünən bir yaratiğin kamilləşməsi nəyə lazımdır!! Ona görədə bugünkü İran hakimiyyəti bu boşluqdan yararlanaraq , ideolojimizi cılızlaştırmağa çalışır. Qapısı , pəncərəsi olmayan bir  yerə yumşaq hərəkətlərlə istədiyin doldurub və istədiyin götürməyə çalışır. Istədiyi dəyəri abartıb , istəmədiyin basdırmağa çalışan hakimiyyətin biz isə bilmedən aracları oluruq.

Gerçəkdən qaçış təkcə ideolojiyə məhdud olmur(sinirlanmırr). Milli hərəkətimizin güc toparlamasına(bəsice qova) gərəkən qalan unsurlardanda qaçanlarımız var. hərəkətimizdə təşkilatdan qaçış , təşkilatin zərurətini danmaq bir zamanlar çox gündəmdəyidir. Təşkilatlarımıza qarşı danışmaq perestijə çevrilmışdır. Demokrasi şuarin hamidan artıq verən yoldaşlarımız ,» biz müstəqilik, heç təşkilata bağlı deyilik,…» sözləri ilə güvənirdilər. Demokrasinin əsas gərəklərindən olan təşkilatin zərurətini danan kimsənin bu məntiqini yalnız » istemar pesikolojisi ilə» yozmaq olar. Cəmi(toplusal) bir hədəfə ulaşmağa gərəkən sazmanın gərəkliyini danmanı yalnız «gerçəkdən qaçış» özəlliyi ilə açıqlamaq mümkündür. Yoxsa ictimai –siyasi elmlər üzrə ən ilkin savadı olan kimsə, milli qurtuluş hərəkətində ideolojinin, liderin və təşkilatin önəmini kəsin bilməlidir.

Istemara qarşı hərəkətlərdə liderlərin rolu danılmazdır. Amerikanın istemara qarşı hərəkətində «Vaşinqton»un şəxsiyyəti əfsanəvi qəhrəman kimi dəyərlənir. Başqa milli qurtuluş hərəkətlərində də liderlərin tarixi və təyin ədici rolun görmək olar.kolombiyada «Bulivar», Hindustanda «Qandi», Tunesdə «Burqiyə», Indoneziyada «Sukarno», Kubada «Çe Qvara və Fidel kastro», Türkiyədə  «Atatürk» və Quzey Azərbaycanda «Elçibəy» kimi liderlərin tarixi və təyin edici rolları kimsəyə gizli deyil.

Gerçekdən qaçış özəlliyi buradada özün göstərir. Ölkəmizdə və dünyada inqilabdan doğan diktator rejimlər gözümüzü qorxudub. Içində yaşadığımız «vilayəte fəqih» rejimi rəhbərə-liderə dayanaraq minlər insanın qanın töküb, ölkədə azadlıqları boğub, …bu olaylar bizdə rəhbər və lider sözünə həssasıyyət yaradıb. Hakimiyyətin təxribatları bir yana, özümüzdən olanlarında milli lider doqtur Çöhrəqanli bəyə qarşı təxribatlarının ucu bucağı yoxdur. Çox acı bir olaydır ki, İran hakimiyyəti ilə bu qonuda bir cəbhədə dayanan yoldaşlarımız var. millətçiliyində şübhə etmədiyim bir sıra yoldaşların, belə davranışını necə yozmaq olar?! Diyəsən görünən kəndə də bələdçi lazım olur hərdən. Bu yoldaşlarımız dildə » indi lider zamanı deyil» desələr də, həssas anlarda  hakimiyyətdən ayrılan və millətçi olmamaqlarına kimsənin şübhəsi olmayan şəxslərin ətrafına yığılırlar. İran hakimiyyətindən tam qopmayan popolist şəxslərin səmpati(yanlısı) olaraq başqa millətçilərlə qarşı qarşıya gəlirlər. Şəxsiyyətlər düşüncələrin və axınların(cərəyanların) simgəsinə çəvrilirlər. Bu gərçəyi danmaqla hərəkətin bu əsasda ehtiyacı ortadan qalxmir. Yaranan bu boşluq hakimiyyət üçün bir fürsət yaradır. İranda orta təbəqənin başina keçən hakimiyyətdən qopan şəxlər, bizim üçün böyük dərs olmalıdır. Bunu həm Xatəmi zamanında gördük , həmdə indiki yaşıl hərəkətdə. İran opozisyonu və özəlliklə orta təbəqənin noxbələridə vilayəte fəqih sisteminə qarşı mubarizə aparır. Ancaq vilate feqih ile mubarize aparmaqlari, liderlim eslini danmaq anlaminda deyil. Onlarin «ya hoseyn mir hoseyn» suari bunun aciq gostergesidir(hakimiyyetden ayrilanlarin yeni orta tebeqenin bashina kechmesi). Biz qıraqdan durub , nə qədər desək də ki, Musəvi və Kərrubi bu hərəkətin rəhbərləri deyillər, bu gerçek aradan getməyəcək. Sadəcə gerçəyə gözümüzu yumuruq. Bu gerçekdən qaçmaqla, gələcəkdə İrandaki orta təbəqinin hərəkəti kimi , hakimiyyətdən ayrılan və ya ayrılmayanlar hərəkətimizin rəhbərlik qonumuna keçəcəklər.

Bayraq qonusu isə lider qonusu kimidir. Bir zaman milli lider tərəfindən Güney Azərbaycana bayraq sunulanda, «bizə bayraq lazım deyil» deyənlər çoxudur. Milli bayrağımıza «rəngli parça- tekke parçei rəngi!!» deyənlərin bu gərçəyi danması , bayraq zərurətin aradan qaldırmadı. Sonralar çeşitli bayraqlar hərəkətə təqdim oldu, daha sonra isə bayraqdan qaçanlar gerçekdən rəngli parçaya üz gətirdilər. tiraxtur timinin rəngini və bayrağını hərəkətin bayrağı kimi və hərəkətin rəngi kimi təqdim etdilər! «Əkbər Ələmi»ni rəhbər kimi, cəsarət simgəsi kimi təqdim etmək və  tiraxtur bayrağın hərəkətin bayrağı adlandırmaq , gerçekdən qaçış pesikolojisinin gətirdiyi nəticedir.

Istemar altında yaşayan millətlərin və onun milli hərəkətçilərinin başqa doğal özəlliklərindən biridə təpkisəllikdir. Ardıcıl təhqir olunan millətdə hiqarət uqdəsi(aşağiliq düyüncəsi), etemad bə nəfsin olmaması(özgüvəncsizlik), yaradıcılığın olmaması və başqasının muqəllidi olmaq doğal bir özəllikdir. Bu özəlliklər milli hərəkətdə fəaal və yaradıcı hərəkətlərdən daha çox, vakoneşi(təpkisəl) hərəkətlərin ortaya çıxmasına nədən olur. habelə böyük  dalğaların, ağır şokların və zərbələrin qabağında müstəsəl olmaq (dərmandə olmaq-kirik qalmaq) bu hərəkətlərdə görünən və bilinən özəllikdir. Milli hərəkətimiz hakimiyyət qarşısında indiyədək çoxlu yaradıcılıq və yenilikləri olsada, təpkisəllikdən də qaçanmamışdır. olası böyük şokların və çevrəmizdəki güclü dalğaların qarşısında, doğru düzgün yolumuzda dayanmadan yürümək üçün hərəkətimizin mahiiyyəti və onun özəlliklərini bilməyimiz gərəklidir. güclü , yaradıcı və gerçekçi  bir hərəkət oluşturmasaq, istisal və təpkisəllik burulqanında ya çevrəmizə dolanacayıq yada güclü dalğalarla istəmədiyimiz sahillərə tullanacayıq.

Yeni ictimai hərəkətlər və milli hərəkətimiz

ictimai qurumların istək və ehtiyaclarının ödənilməsi və mudafiə olunmasında rəsmi orqanların yətərsiz olduğu zamanlar, yeni ictimai hərəkətlər ortaya çıxırlar. Rəsmi orqanlar öz görəvlərini düzgün yerinə yetirmədiyi zaman ortaya çıxan bu hərəkətlər bir sıra özəlliklərinə görə klasık hərəkətlərdən fərqlənirlər.

1960 ci illərdən Quzey Amerika və bati Avrupadan baş qaldıran bu ictimai hərəkətlər çox saylı, mutənəvve və geniş hərəkətlərdilər. Öyrənci hərəkətləri, bəşər haqlarını qorumaq üzrə yaranan harəkətlər, qadın huququnu qoruyan hərəkət(feminism), yaşam çevrəsin qoruyan hərəkətlər, bariş hərəkəti, ırqçılığa qarşı hərəkət, uşaqların huququnu qoruyan hərəkət, nukleer silahların ürətilib, qullanılmasına qarşı hərəkət və… kimi çox saylı yeni ictimai hərəkətləri çağdaş dünyamizda görmək olar.

Yeni ictimai hərəkətlərin özəllikləri ilə tanış olmaq və milli hərəkətimizi bu açıdan dəyərləndirmək yararlı olacaq. Ona görəki, son zamanlar milli hərəkətimizin mahiyyəti ilə bağlı bir sıra çəlişkili(mutəzad) düşüncələrə tanıq oluruq. Millətimizin yaşadıği istemar durumundan qaynaqlanan bu mutəzad fikirlərin ortaya gəlməsi doğal görünür.»istemar pesikolojiyası»nin gətirdiyi noqtələrdən biridə burada özün göstərir. Yuxarida vurqulandığı kimi, istemar altında yaşayan millət və onun milli hərəkətinin, böyük dalğaların təsiri altına düşməsi və böyük dalğalarla yərindən oynaması çox görünən olaydır. Habelə  hakim millətin və ya başqa azad millətlərin durumlarının doğurduğu ehtiyaclar, əsir millətin acil ehtiyacı yerinə yərləşəbilər.Belə varidati (gətirmə) ehtiyacların hərəkətin acil istəyi kimi dəyərlənməsi , o hərəkəti öz tarixi və zəruri ehtiyacını ödəməsindən geri qoyacaq. Tarixi gəlişməsində qopuqluq yaranan əsir millətin , zəngin və azad millətlərin dalınca sürüklənməsi onun əsil və doğma hərəkəti olabilməz. Özgəyə heyranlıqdan doğan, bağlılıqdan doğan bu davranış bir hərəkəti əsil və doğru düzgün yolundan caydıra bilər. Bu caydırma, zəngin və azad millətlərin hərəkətlərinin cazibəsindən doğduğuna görə , çox yumşaq və gözə görünməz qədər incə inhiraf olur. ancaq bu incə inhiraflar yaratdiği zaviyə ilə əsil yoldan get gedə uzaqlaşdırır o hərəkəti. Ona görədə hərəkətin mahiyyəti haqda irəli sürülən yeni düşüncələr çox titizliklə incələnməlidir. Hərəkətimizi tam olaraq yeni ictimai hərəkət kimi dəyərləndiririksə, deməli ona gərəkən unsurlar(öyələr) da fərqli olacaq. Burada yeni ictimai hərəkətlərin özəllikləri və onlara gərəkən unsurları özətləmək yərsiz deyildir. Bu özəllilkləri və unsurları gözdən keçirərək , millətimizin durumu və milli hərəkətimizin mahiyyəti haqdada düşunməyimiz gərəklidir.

Yeni ictimai hərəkətlərin özəllikləri:

­  Kılasik ictimai hərəkətlər sənəti(industrial) ölkələrdə baş verirsə, yeni ictimai hərəkətlər pəsa sənəi(post industrial) ölkələrin pədidəsidir(olqusudur).

milli qurtuluş hərəkəti isə əsir və geri qalmış bir millətin hərəkətidir.

­  kılasik hərəkətlərdən fərqli olaraq, yeni ictimai hərəkətlərin hədəfləri siyasi gücü əldə etmək və ya siyasi gücdə pay qazanmaq deyildi. Onların bir sıra hərəkətləri siyasətlə ilgili olsada, dövlətlərin siyasətinə etiraz olsada, mahiyyətləri siyasi deyil.

Milli qurtuluş hərəkətin hədəflərinin başında siyasi baxımdan hakim millətdən qurtarmaqdir. Siyasi gücü millət olaraq əldə etməkdir. Deməkdə milli hərəkətin mahiyyətinin bir boyutu siyasi olmasıdir.

­  yeni ictimai hərəkətlərin hədəflərindən biri kültür və mədəni toplumu dövlətlərin siyasətləri qabağında qorumaqdir.

Bu özəllik açısından milli hərəkətdə yeni ictimai hərəkətlərlə oxşarlıq görünür. Milli hərəkətimizin hədəflərindən biri milli varlığımızın unsurlarını qoruyub saxlamaqdır.

­   Yeni ictimai hərəkətlərin mubarizə alanı toplum(cameə) və ona hakim olan kılasik  və sunnəti(gələnəksəl) rabitələrdir(ilişkilər).bu mubarizədə təkcə  dövlətin   siyasətlərin dəyişmək hədəf deyil, bütün ictimai ilşkilər, qurumlar və özəl yaşam ilişkiləri belə bu hərəkətlərin hədəfindədir.

Milli hərəkətimizdədə təkcə dövlətin siyasətləri deyil, toplumdada bir sıra dəyərləri dəyişmək söz qonusudur. həm öz millətimiz və həmdə hakim millətin baxışlarında dəyişim yaratmaq hərəkətin hədəflərindəndir. Asimilə olmuş bir millətdə istemarın yüklədiyi dəyərlər hakimdir. Bu dəyərlə millətimizin doğma dəyərlərini dəyişmək hərəkətimizin hədəflərindəndir.

­  yeni ictimai hərəkətlərin mubarizələri nimadlar, simgələr, mənalar(anlamlar) və yaşam tərzi(biçimi) üzredir.

Hərəkətimizdə də hakim kəsilən nimadları , simgələri dəyiştirmək istəkləri var. simbolik günlərimiz, simbolik şəxsiyyətlərimiz , totemlərimiz , bayrağımız və…fars hakimiyyəti tərəfindən təyin edilənlərdən fərqlənməkdədir.

­  bu hərəkətlərdə cəmi(toplusal) hoviyyət ortaq hədəflər və manalarla yaranır.təbii ki o hədəflərə ulaşdıqdan sonra və yeni hədəflər ortaya çıxdığı zaman yeni hoviyyətlərdə yaranır bu hərəkətlərdə. Səyyal hoviyyət yeni ictimai hərəkətlərin özəlliyidir.

Milli hərəkətimizdə isə sabit və dəyişməz bir milli hoviyyət var.başqa və yeni hoviyyətlərin yaranması milli kimliyimizi aradan aparabilməz.

yeni ictimai hərəkətlər kılasik hərəkətlərdən fərqli olaraq, ideolojik deyillər.  Yaşmin bütün sahələrinə və sorunlarına nusxə yazmırlar. Onların məhdud(sınırlı) hədəfləri , pılanları və istəkləri var.

Milli hərəkətimiz isə milli məfkürəyə malik və milli ideolojidən yararnanan bir hərəkətdir. Əlbəttə milli ideoloji marksism və ya dini ideoloji kimi yaşamin bütün sorularına cavab vermək qonumunda deyil. Ancaq bu o demək deyil ki, milli hərəkətimiz ideolojisiz bir hərəkətdir. Bu haqda yuxarida açıqlama verildiyi üçün, təkrar yazmağa gərək yoxdur.

­  yeni ictimai hərəkətlərin hədəfi baxışların , önərilərin və intiqadların(eləştirilərin) sərgiləməkdir. Ancaq kılasık hərəkətlər sadəcə fikirlərini numayiş etməklə kifayətlənmir, öz aksiyonundan qazanc götürmək də istəyir.

Milli hərəkətimiz yalnız istəklərin numayiş ətdirməklə öz ideallarına çatanmaz. Istəklərimizi sərgiləyiriksə, onun milli qurtuluşumuzda edəcəyi təsir söz qonusudur.bizə enerji verəcək, hərəkətimizə anlam verəcək çox acil ehtiyaclarımız var .

­  yeni ictimai hərəkətlərin çalışmaları hədəfməndlikdən(hədəfyönlülükdən) daha çox simbolikdir.

Milli hərəkətimizdə isə simbolik fəaliyyətlər milli hədəflərimiz uğrunda yapılmaqdadır. Belədə olmalıdır.

­  yeni ictimai hərəkətlərin sazmanı(örgütsəl) formaları yalnız hədəflərinə çatmaq üçün deyil. Bu hərəkətlər və onların quruluş formaları özlüyündə hədəf sayılırlar.

Sərmayədar qadınlar ilə kasıb qadınların dərdlərinin fərqli olduğun andırır nə isə.Azərbaycanın yoxsul kəndlərində gecə gündüz işləməkdən bel buxunu bükülən yazıq qadınlarımızın dərdləri ilə, Tehranın yuxari bölgələrindəki işsizlikdən darixan və yaşamlarına məna axtaran qadınların fərqi göz önünə gəlir.əlbəttə bu o demək deyil ki onların dərdləridə dərd deyil, ancaq kaş bizim millətimizində onlara tay dərdi olaydi. Bizdə özümüzdən baş ayird edib, bəşəriyyətin dərdinə düşunəydik. Bizdə yaşam çevrəsini qorumağa düşunəydik, bizdə kopenhakda gedən konfransın qayğısına qalaydıq, yer kürəsinin get gedə istilənməsi bizidə düşündürəydi. Nə yazıq ki ,başımızı qaldirmağa acil ehtiyaclar aman vermir.kim nə bilir , bəlkə bir gün bizimdə millətin belə qayğıları olacaq.

­  yeni ictimai hərəkətlərdə məna pəyamdir.savdir. hərəkətin formasıda , taktikləridə mesaj verməkdədir.

Bizim milli hərəkətimizin mənası yalnız pəyam olabilməz. Ancaq  hərəkətlərimizin forması, taktiklərimiz və.. hamısında bir mesajin olması təsiredicidir. Bu sav(pəyam) həm millətimizə , həm qonşu və hakim millətə vədə dünya millətlərinə və dövlətlərinə olmalıdır. Biz kamuoyunu əldə etməliyik. Bunu isə simbolik eyləmlərlə, mesaj verən sav daşıyan hərəkətlərlə yapmaq ən qisa yoldur.

­  yeni ictimai hərəkətlər özəl bir armanın(ülkünün) və otopiyanın dalınca deyillər.

Milli hərəkətimiz isə bugünkü şovinist istemar sistemin dağıtmaq və yeni bir sistem qurmaq istəyir.yeni sistemin necə olması hər kəsi düşündürən bir sorudur. Bugünlərdə 21 azər dövlətçilik günümüz ilə bağlı amestərdamda kəçirilən dialoq konfİransının bildirisi(bəyanati) və kəstirməsi (qətnaməsi) bunun açıq subutudur.ayri ayri təşkilatlarımızın gələcək Azərbaycana pılanları olmağı bi yana, neçə təşkilatin bir araya gəldiyində də gələcək Azərbaycanın necə olacağı haqda önərmələr vermələri göstərir ki, biz otopiya dalınca olmasaqda ən azi bir sıra ülkülərimiz var. gələcəkdə o ülkülərin uyqulanmasını istəyirik.

­  yeni ictimai hərəkətlərin sazmanları(örgütləri) kiçik, dağınıq və qeyri mutəmərkizdir. Bütünlukdə isə bu hərəkətlərin  saxtari(yapısı) şəbəkə və tor biçimindədir.  Bu özəlliklər yeni ictimai hərəkətlərin mahiyyəti və hədəfləri ilə tam uyğundur. Şəbəkə onların kolli (bütünsəl) saxtaridir. Bu straktur bilgilərin tez yayılmasında və uyum sağlamaqda(həmahəngi) çox önəmli rol oynayır. Yeni teknolijinin yaratdiği imkanlar başda internet və televiziya olmaqla bu şəbəkələrin yaranmasında önəmli rol oynayır.

Əlbəttə dağınıqlıq və qeyri mutəmərkizlik(odaqlanmamaq) nəticəsində bu hərəkətlərin genəl və kolli stratejiləri və pılanları olmur. Bu nədənlədə onlar başqa qurupların və özəlliklə böyük güclərin stratejiləri arxasınca getməyə yetənəklidirlər. Böyük güclərin istəyi və maraqları əsasında yaranan rəngli inqilablarda, yeni ictimai hərəkətlərin məhmel rol daşıması bunun bir subutudur(göstərgəsidir).

Milli hərəkətimizin əsası gərəkən ehtiyaclarından biri təşkilatdir. Bu unsur həm indi , həmdə gələcək demokratik ölkəmiz üçün danılmaz faktordur. Yeni ictimai hərəkətlərin varlığı , rəsmi təşkilat və partiyaların gərək olmadığını göstərmir. Rəsmi partiyaların yapamadığı görəvləri, bu hərəkətlər üstlənirlər. Amerikada və batı avrupada daha çox görünən yeni ictimai hərəkətlər, o ölkələrdə partiyaların və mutəmərkiz təşkilatların varlığını aradan aparmayıb.mutəmərkiz təşkilat isə yalnız hirarçik təşkilatlar anlamında deyil. Bugün iqtisadi və siyasi örgütlərin hədəf, durum, çevrə və…asılı olaraq çeşitli formalarda odaqlanma saxtarları var. bugün milli hədəflərimiz yönündə , içəridə və dışarıda çeşitli yollarla örgütlənəbilərik. ictimai şəbəkələr və məcazi şəbəkələr bizim örgütlənmə və mobailizasiyon araclarımızın yalnız biri olabilər. Biz bu şəbəkələrdən yetərincə istifadə etməliyik. Ancaq şəbəkələrdə ilişib qalmaqla, mərkəzləşməməklə bir sıra hədəflərimizə çatsaqda, əsas və ana hədəfimizə çatmağımızı yenədə qumar oyununa bağlayacayıq. Genəl və kəlan stratejisi olmayan dağınıq şəbəkələrlə hərəkət edən yeni ictimai hərəkətlər kimi başqalarının stratejisinə arac olmağa haqqımız yoxdur. Bizim güclü örgütlərimiz olmalıdır və güclü cəbhə oluşturmalıyıq. Yoxsa istəmədiyimiz cəbhələrdə istəmədiyimiz quvvələrlə birləştirəcəklər bizi.

­  yeni ictimai hərəkətlərin özəlliklərindən biri də, bu hərəkətlərdə lider və öndərlərin olmamasıdır. Bu hərəkətlərin mahiyyəti,  hədəfləri və çalışdıqları şərayit belə bir unsurun yaranmasına nə şərayit yaradır , nə imkan sağlayir  və nədə gərək duyurur.

Milli hərəkətimizdə isə mahiyyətimiz, hədəflərimiz və yaşadığımız fəza(ortam) bu unsurun olmasının həyati(yaşamsal) olduğunu göstərir. Biz bölgəmizdəki yeni ictimai hərəkətlər və sivil toplumlar kimi, seçkilər zamanı hansısa adayı muvəqqəti lider görüb, başqasının hədəfi doğrultusunda onun dalına düşənmərik.seçki zamanı bir lider və yönətmən varlığı gərəkirsə, o aday başqalarının bizə yüklədiyi lider yox, öz adayımız olmalıdır. Əlbəttə yenədə gerçekdən qaçış pesikolojisinin əsiri olaraq bu gerçəyi danmaqda israrlı olsaq, o olar başqa məsələ!!

Rəngli inqilablar və Güney Azərbaycan milli hərəkəti

Məxməli inqilab birinci dönə olaraq çekoslovakiyanın antikomonism hərəkətinin lideri «Vaslav Havel» tərəfindən 1989-ci ildə çəkoslovakiya xalqının hərəkətinə işlənib. Çekoslavakiya xalqının geniş hərəkəti ilə qan tökülmədən diktatorluğa son qoyulduğu üçün o hərəkətə məxməl (kadifə) inqilabi deyildi.

Doğu almanıyada berlin duvarinin uçurulması və ləhestanın komonism hakimiyyətindən azad olmasından sonra sıra çekoslovakiyaya çatmışdır. Öncə öyrəncilərə qarşı hucuma etiraz və zindanilərin(dustaqlıların) azadlığını istəyən çekoslavakiya xalqi 10 gün içində hakim komonist partiyasın təslim olmağa məcbur ətdi. Vaslav Havəl keçirilən seçkilərdə prezidentliyə seçildi. 1993-ci ildə isə içəri ixtilaflara görə anlaşaraq çkoslovakiya iki ölkəyə bölündü.Çek və Slavakiya cumhuriyyətləri yarandi.

Daha sonralar isə şərqi avrupada və keçmiş şurəvidən ayrılan ölkələrin bir sırasında şiddət qullanmadan , qan tökülmedən dövlət dəyişikliyi baş verdi. Genəl olaraq rəngli inqilablar deyilən bu dəyişikliklər kütlənin dinc etirazları və mədəni itaətsizliyi vasıtəsi ilə gerçekləşir.

Bu rəngli inqilablar indiyədək, Serbistanda (2000 -ci ilədə) , Gürcüstanda (2003 -cu ildə), Ukraynada (2004-ci ilədə) və Qirqizistanda (2005-ci ildə) uğurla dövlətlərin dəyişməsinə nədən olub. Özbəkistan və Ağ Rusiya da isə rəngli inqilablar uğursuz oldular.

ölkələrin hər birində rəngli inqilabi özəl adlarla adlandırıblar: dinc inqilab, lalə inqilabi, roz gülu inqilabi, narinci inqilab,mahni inqilabi , sidir inqilabi və…

gül və rəng adlarını bu olayara işletmənin nədəni, bu hərəkətlərdə özəl bir rəng, gül, şarki və…dən hakimiyyətə muxalıfətin simgəsi kimi istifadə olunmasıdir.

Bu inqilab deyilən olayların bölgəmizdə ardı ardına düzülməsi (başqa ölkələr içində lobnan, qibris, estoni və Quzey Azərbaycanda da rəngli inqilabların yansimaları göründu) hamini etkilədiyi kimi, milli hərəkətimizidə etkiləmişdi. Ukraynanın soyuq qışında meydanlardan çəkilməyən xalqı çoxları alqışladı. Çoxları hər an sonucu bəkləyib, bu ölkedən sonra sıra kimə çatacaği haqda öngörulər yapdi. Sıra İrana çatmamiş özbəkistanda rəngli hərəkət basdırıldı və…xəyal qiriqlığı…

Rəngli inqilabların İranda yaşayan azadlıqsəver insanlara çəkiciliyi doğalıdır. Demokrasiyə gedən bir yol, millətlərin açıqca və dinc qatılımı, hakimiyyətin etirazları basdırmağa silahlı quvvələri qullanmaması və az sürədə nəticə alınması , İran kimi totaliter və qan tökən bir rejimdə yaşayan birisinə kəsin çəkicidir.  Ancaq milli hərəkət olaraq təkcə bu gözəl görüntülərə heyran qalaraq, onu təqlid etməyimiz gerçekçi bir hərəkət deyil. Dalğalara qapılaraq millətimizin hansı sahillərə tullandiğini görən millətçilərimiz bu dalğanın çəkiciliyinə uyub əsil, doğma və gərəkli yolundan caymağı tarixdən dərs almamağımızı göstərər. Ona görədə təkcə rəngli hərəkətlərin cazibəsi deyil, onların hər tərəfli özəllikləri, İran kimi ölkədə uyqulanabilirliyi və milli hərəkətimizin mahiyyəti bu mödellərdən necə yararlanacağımızı göstərəcək. Hərəkətimizin mahiyyətini nəzərdə almadan , belə bir inqilabi modelləri tam olaraq yansılamaq yumuşaqca inhirafimiza gətirib çıxaracaq. Milli qazanclarımızı və hərəkətimizə gərəkən əsas unsurları gözdə almadan , ölkəmizdə yaranacaq rəngli hərəkətlərin dalınca düşmək bizi yenidən bağlılıq burulqanına salacaq, fırlanıb yenədə fars şovinizminin qucağına düşəcəyik.

Rəngli inqilabların özəllikləri və yaşanan ölkələrin şərayiti:

Yorucu olmasın deyə , bu ölkələrin şərayitin və muxalifətin qullandığı metodları yalnız sıralamaqla yetinirik.

·        rəngli inqilab deyilən pədidə(olqu) yuxari dayrələrdə noxbelərin yer dəyişimidir.bu dəyişimdə liberal demokrasi yalnisi olan ılımlı (miyanə ro) opozisiyon hakim qurumu qudrətdən dışlayır.hakimiyyət dəyişimi səviyyəsində olan bu olayda, batı yanlısı olan opozisiyon diktator və fasid adlandırdığı rəhbərləri qudrətdən salır.

·        rəngli inqiablara yuxaridan inqilab adı verilsədə, əslində reformla inqilabin arasında dayanan bir olqudur.ona görəki hakimiyyəti təmsil edən bütün dəyərlər və qurumlar yerindəcə qalır və yalnız içəri və dışarı siyasətdə bir sıra dəyişikliklər görünür

·        hakimiyyətdən endirilən rəhbərlər öz yaşamların sürür və yenidən hakimiyyətə qayitmaq yolu onlar uçu bağlı deyil.

·        dəyişimlərdən öncə, inqilab liderləri hakimiyyət dayrələrində yuxari postlara  malik olublar.(baxanliq və…)

·        rəngli inqilabların çoxunluğu seçkilərin nəticələrinə etirazla başlayır. Muxalifət çeşitli yollarla seçkilərdə saxtakarliq olduğunu göstərib və bununlada hakimiyyəti məşruiyyətdən salmağa çalışır.

·        hakimiyyət seçkilərəin sonucuna olan etirazları bastirmaq üçün nizami quvvələrdən istifadə etməyib.

·        bu ölkələrdə totaliter və muqtədir bir hakimiyyət iş üstündədir

·        xarici ölkələrin və özəlliklə Amerikanın bu ölkələrdə huzuru var və bu ölkələrdəki nuxbələrlə ilişkilər qurmuşlar

·        bu ölkələrin millətləri seçki qabağı və sonraki kampanıyalarda geniş qatilir və genəldə muxalıfət bir adayın üzərində odaqlanır(mutəmərkiz olur). bu aday rəngli inqilabin lideri kimi təqdim olunur.

·        seçkilərə etiraz olaraq kütlə meydanlara gəlir ,dinc və şiddətsiz etirazını hakimiyyətin təslim olmasına qədər sürür.

·        muxalıfət və etirazçılar özəl bir rəngdən birlik və yığcamlıq yaratmaq üçün istifadə edirlər. Bu rəng onların hakimiyyətə etiraz və muxalıfətlərinin simgəsidir.

·        bu ölkələr genəllikdə gəlişməmiş ölkələrdir və hakimiyyətdə ruşvət, iqtisadi və idari fəsad çox yayqındır.

·        bu ölkələrdə ictimai, etniki və məzhəbi təzadlar var.

·        hakimiyyətin totalıter olmasına baxmayaraq görünürdə ölkə başçiları seçki yolu ilə seçilirlər. Bu isə gərəkən yapısal(saxtari) çəlişkini oluşturur.

·        yeni ictimai hərəkətləri bir məhmel kimi qullanılır. Sivil toplum qurumları , NGO lar, bəshər haqları yanlıları və…başqa qurumların varlığı və onlarla xarici ölkələrin ilişkiləri kütlə hərəkətinin yaranmasının başlanqıcın sağlayır.

·        muxalıfət yeni ilətişim(ertebatat)  imkanlarından yetərincə qullanır. Televiziya kanalları, internet, SMS və…

·        xarici ölkələrin başda Amerika olmaqla bu hərəkətlərə malı yardım ayırmaqları və bir başa mudaxiləsi isə bəlli olan özəlliklərin sırasındadır.

Göründüyü kimi rəngli inqilablar soyuq savaşdan sonra başlayan yeni bir olqudur, bu olqu sosyolojidə dəyişimlə bağlı tanınmış kılasik modellərin altında yerləşmir. Kılasik devrimlərdə görünən əsas özəlliklərdən hakim rejimin və sistemin dəyişimi, ictimai strakturların və dəyərlərin dəyişimi, rəngli inqilablarda görünmur. Bu inqilablar yalnız hakim qurumu dəyişir, sistem yerindədir.(əlbəttə bu arada çeoslovakiya devrimini istisna etmək lazımdır, o devrimdə komonism rejimi demokratik bir rejimə dəyişildi və sonunda iki müstəqil ölkə yarandi, burada isə 2000 ci ildən buyana rəngli inqilablar deyilən olqular sözqonusudur.)

Güney Azərbaycan açısından rəngli inqilablar

Güney Azərbaycan milli hərəkəti açısından belə bir hərəkətlərə yanaşmada, onların görünən cazibələri deyil milli qurtuluş savaşımıza verəcək qazancları sözqonusu olmalıdır. Rəngi inqilablarla bağlı hərəkətimizi düşündürən iki seçənək(altərnativ) olabilər:

1-İran deyilən ölkənin genəlində və daha doğrusu mərkəzdə baş verəbilən rəngli inqilab:

Rəngli inqilablarda əsas və aparıcı amillərdən biri xarici güclərin yardimi və işə qatılmasıdır. Yaşanan bu hərəkətlərin hamısında Amerikanın bir başa əli olub. Pul və sərmayə yatırmaq, təşkilatlandırmaq, öyrətim, siyasi və mənəvi himayət, kamuoyunu umumi rəsanələr(yətirgənlər) vasıtəsi ilə hazırlamaq və meydana çəkmək, hakimiyyətlərə basqi yapmaq və onları kütlə ilə demokratik davranmağa qanıtlamaq, rəngli inqilabla hakimiyyətə gələn yeni qurumu həmən tanımaq və… Amerikanın bu hərəkətlərin yaranmasında və sonuc almasında necə rol daşıdığını göstərir. Əsas hədəf isə Amerikanın tərif olmuş milli qazanclarıdır. Demokrasinin yayılması, insan haqlarının qorunması, və… hamısı bu tərifin içində yərləşir. (Əlbəttə Amerikanın mənafəi içində yərləşməsi ,demokrasi və insan haqlarının dəyərindən azaltmir ,tərsinə demokrasi və insan haqlarının yayılması bizimdə milli mənafəimiz içində yərləşir. Yəni həm özləri dəyər və ərziş sayılırlar bizə, həmdə onların yayılması qazancımızadır. Amerika milləti kimi)

İrana gəldikdə , Amerikanın iki əsas seçənəyi olub: Amerikanın mənafəinə görə hakimiyyətdə davranış dəyişimi(təğyir dər rəftar) və rejim dəyişimi.

Illər boyu İran hakimiyyətinin davranış dəyişimi Amerikanın gündəmində olub. Islahatçilar qudrətə gəldiyi zaman , dış gərginliyi azaltmaq siyasətləri Amerikanın istəyincə olmuş görünürdu. Ancaq hakimiyyətin içindəki ikilik və ifrati(aşırı) quvvələrin əsas söz sahibi olması umudlari boşa çıxartdı. O zamandan özəlliklə İranın nukleer pılanı ortaya çıxdıqdan sonra, rejim dəyişimi Amerikanın gündəminə gəldi. Bölgəmizdə rəngli inqilabların baş verdiyi zaman İran hakimiyyətinin aşiri-muhafizəkar qanadı önləm yapmağı pılanladı və «Sipahe pasdarane enqelabe eslami» hakimiyyəti büsbütün ələ almağa başladı. Beləliklə rəngli inqilaba gərəkən əsas etkənlərdən birini aradan götürdü. Rəngli inqilablar baş verən ölkələrdə hakimiyyət etirazları basdırmağa hərbi quvvələrdən istifadə etməyib, ancaq İranda nizami quvvələr özləri hakimiyyətə keçiblər!!

Əhmədinejad hakimiyyəti həm xaricdəki pozulmuş imajini içəridə doldurmaq və içəridə insicam(yığcamlıq) yaratmaq üçün, həmdə rəngli inqilaba gərəkən kütlə hərəkətini önləmək üçün popolisti siyasətləri önpılana çəkdi. Iqtisadi və siyasi baxımdan tam popolism ilə hərəkət edən Əhmədinejad dövləti, aşağa təbəqələri(qatmanları) mobaylizə etməyə başladı( toparladı). Şiddətə və aşırı hərəkətlərə yətənəkli olan aşağa təbəqəni , ılımlı olan və dincliyi sevən orta təbəqənin qabağına qoymağa hazırladılar.  Beləliklə orta təbəqənin kütləvi hərəkətinə qarşı aşağı təbəqənin kütləvi dayanmasını qalxan etmək istədilər. Rəngli inqilaba gərəkən amillərin ikisin bir yərdə önləmək onların hədəfiyidir. Həm kütlənin dinc hərəkətini xuşunətə çəkmək, həmdə kütləni hakimiyyətə deyil başqa kütlənin üzərinə yönəltmək. Ictimai hərəkətlərin qabağına, kütləvi etirazların qabağına öz yanliların(tərəfdarların) kütləvi olaraq, milət adına çıxartmaq hakimiyyətin neçə ildir işletdiyi taktikdir. Tehrandaki 1378-ci ildəki danışqah hərəkəti və Güney Azərbaycanın 1385 dəki xordad qiyami… kimi hərəkətlərə qarşı hakimiyyət bu taktiki işlətmışdır.

Əhmədinejad həkimiyyəti bütün bənd-bərələri bağlamağa çalışırdi. Rəngli inqilablara gərəkən başqa etkənləridə(amil) zərərsizləştirmək istəyirdi.

·        Yarim muxalıfət sayılan qazetləri bağlamaq

·        öyrənci dərgilərini özəlliklə Azərbaycan milli hərəkətinə bağlı olan öyrənci dərgilərini yığışdırmaq

·        təzəcə yaranmaqda olan NGO ları qapatmaq

·        bəşər haqları üzrə çalışan şəxs və qurumları sıxışdırmaq

·        uyduları(peyk-mahvarə) evlərdən yığmaq

·        muxabıratı tam olaraq Sipahin kontroluna salmaq (SMS lə qurulan həmahəngliyi(uyum sağlamaği) yerində dayandırmaq üçün)

·        internetdə güclü filtering yapmaq və weblog işləyənlərı tutuqlamaq

·        xiyavanlara və meydanlara kamera qoymaqla qorxu ortamı yaratmaq

·        uydu yayınlarına qarşı güclü parazit qullanmaq

·        xarici ölkələrə gət gəl edən və ya onlarla ilgidə olan şəxsləri tutuqlayıb və məxməli inqilab yola salmaqda cəzalandırmaq,  tutulanları televiziya qarşısında etiraf etməyə məcbur etmək və bununlada məxməli inqilabin İranda uğursuz alındığını aşılamaq(Halə İsfəndiyari, Ramin Cahangiri, Əli Əfşari, Əkbər Ətri və …kimi şəxslərin dövlət televiziyasında bu haqda etirafları)

və…

bu kimi işlərlə rəngli inqilabin yataqlarını və məhmellərini aradan götürməyə çalışdı. Ancaq bütün bunlara baxmayaraq , «rəngli inqilab daha kontrol edildi və bu ölkədə baş verməyəcək» , demək olmaz. Rəngli inqilaba gərəkən amillərin bir sırasın aradan götürsələrdə( tam aradan götürənməyiblər) , qalan amillər yerindədir. bu amillərin hamısını kontrol etmək indiki hakimiyyətin əlində deyil. Obamanın Amerikada seçilməsi və onun İrana qarşı öndə tutduğu yumuşaq güc siyasəti (qodrəte nərm) və Avrupa ölkələrinin bu siyasətlə razilaşması , habelə 10-cu prezident seçkilərinin olayları göstərir ki, rəngli inqilab və rejimi içdən çevirmək hələ bati ölkələrində masa üstündədir.

Bu ortama bir özətcə baxsaq :

Ø  Amerika İranda qıssa sürədə hakimiyyətin davranış dəyişimin istəyir. Uzun sürədə isə rejim dəyişimi söz qonusudur. Bəlkə elə davranış dəyişimi , rejim dəyişimi üçün bir başlanış və yataq sayılır. Amerika daha islahat dönəmindəki davranış dəyşimi ilə razılaşmaz. Iş üstə olan prezidentin deyil, bütün hakimiyyətin davranışı söz qonusudur. Bu davranış dəyişimi öncə xarici siyasətdə(acil istəkdir bu) nukleer qonusu və İranın terorismə dəstək siyasətində, sonra isə rejimin içəri siyasətində görünməlidir. Rejimin içəri siyasətdə davranış dəyişimi , rəngli inqilaba şərayit sağlayacaq. bütün bunlar qıssa zamanın işi deyil. Qıssa zamanda bu iş nə başa gələr, nədə Amerikanın istəyincə olar. Amerika burada dəyişim yapmaq istəyirsə,  dəyişim sonrası olaylar tam kontrolunda olmalıdır. Hələlik isə gerçek devrim, ortamin qarışacağına və ipin ucunun əldən çıxacağına gətirib çıxarar.

Ø  Əhmədinejad və başda Xamnei olmaqla indiki hakimiyyət xarici siyasətdə, imtiyaz (qoz) vermək istəsədə , içəri siyasətdə əsla bunu yapmaq istəmir. Bu isə rəngli inqilab baş verəcəyi zaman  xuşunətsiz olmayacağının əsas nədənidir.

Ø  opozisyon və indiki yaşıl hərəkətin bedənəsi (yeni orta təbəqə) vilayəte fəqih sistemini şiddətsiz devirmək istəyir.(cumhuriyə İranı, cumhuriyə İslaminin yerinə)

Ø  yaşıl hərəkətin liderləri( Musəvi başda olmaqla) İranı və İslam rejimin qorumaq istəyirlər. Hakimiyyətin indiki durumun uçuruma doğru getdiyini düşünürlər. Xatəmi dönəmi kimi tədarukatçı bir prezidentliyi əldə etməyə qane deyillər. indiki ana yasanı(qanune əsası) qəbul etdiklərini deyillər ancaq ara-sıra qanun vəhy deyil dəyişə bilər də deyillər. Onların ana yasada dəyiştirmək istədikləri maddələr isə bəlli olduğu qədər «vilayəte fəqihi» və «şuraye nəgəhban»a ayid olan maddələrdir. Onlar hakimiyyətə kəçmək istəyirlər və hakim olaraq davranış dəyişimi yapacaqları bəllidir, ancaq islahat dönəmindəki kimi ikili hakimiyyətin olduğuna, qane olunası görünmürlər.

Bu ortamda oynanan və oynanılacaq oyun və rəngli inqilab, qonşularımızdakı inqilablara bənzər görünmür. Rəngli inqilabin cazibələrindən sayılan, şiddətsiz(xuşunətsiz) , qan tökülmedən az zamanda devrim yapmaq burada gözə dəymir. Uzaqdan bu oyunun tamaşası gözəl görünsədə,  milli hərəkət olaraq içinə girmək üçün, həzinələrində görməliyik. Qan töküləcəksə, şəhid verəcəyiksə nədən İaranda hakim olanların yer dəyişiminə görə olsun?! Uzun sürəli bir savaş varsa, nədən milli qurtuluş savaşımız uğrunda olmasın?! Illər boyu çəkilən əməklər sonucunda yaranan yarımçıq milli kimlik , milli şuur(bilinc) və milli oyanış , nədən yarimçiq qalıbda,enerjimiz fars hakimiyyətinin azacıq davranış dəyişiminə yönəlsin? Başçilarının və bedənəsinin anti türk olduğu bir hərəkətin bizə qarşı davranış dəyişimi nə olacaq ki? Yeni don geyib, yeni teatr oynamalarından başqa bir şəy olacaqmı?

Bu davranış dəyişimi (ılımlı olmaq, toleranslı yanaşmaq , fanatca hərəkətlərdən çəkinmək, işkəncələrə, edamlara son qoymaq, etirazları silahla basdırmağa son qoymaq…) öz özünə göydən düşsə, əlbəttə ki millətimizin və milli hərəkətimizin  urəyincə olar, meydan açılar, siyasi fəalıyyətin azad olduğu bir ortamda çalışmaq daha asan olar. mətbuatın azad olduğu bir ölkədə milli oyanış hizla irəli gedər. Özəl televiziyaların azad olduğu bir ölkədə milli oyanışı milli gücə çəvirmək olar. partiyaların və seçkilərin azad olduğu bir ölkədə , milli təşkilatlarımızı qurabilərik və onunla milli haqlarımızi almağa irəli gədərik. millətçi adayları məclisə göndərib, ana yasada lazımı dəyişiklikləri yaratmağa çalışariq və…

Milli qurtuluş hərəkətimiz illərdi millətimizdə milli oyanış yaratmaq və onu milli azadlıga doğru aparmaq uğrunda həzinələr verməkdədir. əsarətdə olan bir millət , zindandan qurtarmağa çalışmalıdır. Işqal altında olan  bir millət öz milli dövlətini qurmağa çalışmalıdır. Hakim millətin davranış tərzini dəyişmək uğrunda şəhid olmaq, o millətdə milli-siyasi şuurun aşaği olduğunu göstərir. şəhid olmaq səviyyəsində həzinə vermək lazımdırsa, diktator hakimi dəyişib demokrat olan!! özgə  hakimin hakimiyyəti altına kəçmək yerinə özümüzün hakim olmağımız uğrunda verilməlidir. təbii ki özümüzün hakimiyətimiz millət hakimiyyəti olmalıdır, demokratik hakimiyyət və…

Rəngli inqilabin sonucu xoş görülüklə baxsa , bizim fəalıyyətimizə şərayit yaradacaq. Bu bir riskdir. bəlli deyil indiki faşist quvvələr , demokrasi şuarin verməklə gələcəkdə gerçekdən bizim azadlıq hərəkətimizə dözəcəklər ya yox? Birdəki o zaman milli hərəkətin bugünkü qədər cazibəli olacaği bəlli deyil. Zatən gəcikmiş bir hərəkət, bir azda gəciksə irticai mahiyyət daşiyacaq bəlkə o zaman!!! Millətçiləri geriqalmış kimi göstərəcəklər bəlkədə!!!bəlkədə biz özümüzu qoruyaraq özgələrlə birləşmək yerinə, özgələrdə əriyəcəyik!!

Bugün məxməli hərəkətin cazibəsinə uyaraq!! Öz mahiyyətimizi dəyişiriksə, gedəcəyimiz yolun sonu başqalarının davranışina bağlı olacaq. gələcəkdə isə , yenidən öz mahiyyətimizə dönmək üçün, bəlkə sınıq körpqlərlə qarşılaşacayıq.

2- Güney Azərbaycan milli hərəkətinin, milli qurtuluş savaşinda məxməli inqilab modelini qullanması:

Bura qədər görünən rəngli inqilablar ölkənin hakim dayrəsini dəyişmişlər.mərkəzdə gedən bir hərəkət olmuşlar. Milli hərəkətmizin amacı isə, mərkəzdə hakim olan şovonistlərin yer dəyişimi deyil. Habelə milli hərəkətin əsas gücü isə mərkəzdə(Tehranda) deyil, Azərbaycanın başqa şəhərlərindədir. Tehran və kərəc şəhərlərində öyrəncilər arasında millətçilərin sayının çox olması və şəhərdə yaşayanlar içində dəyərli  millətçilər olsada , millətçilik bu şəhərlərdə kütləviləşməyib. Xordad olaylarında bunu açıqca görmək olardi. Bu zəfi təzliklə qaldirmaq gərəkir.

Hərəkətmizin mahiyyətini ( amacladıği toplum, düşmən və qarşısında duran hərif, amacları və idəalları…) gözdə alsaq, bəlli olar ki bizim hərəkətin cinsi indiyədək görünən rəngli hərəkətlərdən fərqlidir.yəni bir başa bu modeli hərəkətimizə təcviz etmək , yalnız bu hərəkətlərin cazibəsinə uymaği göstərir. Bir başa onları təqlid etmək, özgə heyranlığını göstərir. Bir başa bu hərəkətlərə özümüzü oxşatmaq, hərəkətin mahiyyətindən vaz kəçməyimizi göstərir. Cumhuriye İslamiyə olan nifrətimiz, hərəkətin sapmasına(inhirafına) nədən olmamalıdır.

Ancaq milli qurtuluş amacı ilə, rəngli inqilabların bir sıra metodlarından yararlanabilərik. Rəngli inqilabların metodlarından istifadə etmək, bizi milli qurtuluşa doğru aparmalıdır. Milli kimliyimizi gücləndirməkdə yararlı olmalı və milli kimliyimizi göstərməlidir. Bu əsasda rəngli inqilabların əsas özəlliklərini hərəkətimiz açısından dəyərləndimək gərəkir. Bunuda bilməliyik ki, rəngli inqilabin mərkəzdəki çətinlikləri bizimdə qabağımıza çıxacaq.(nizami quvvələrlə tərəf olmaq, kütlə ilə qarşı qarşıya gəlmək və…)

Rəngli inqilab modelini və öz əsas hədəflərimizi nəzərdə alsaq , bu modeli aşağidaki hədəflələrə çatmaq üçün qullanmaq olar:

•  milli hoviyyəti gücləndirmək. Milli şuuru kütlə arasında genişləndirmək.Azərbaycan nasyinalısmini millətimizdə təhrik edib, gündemə gətirmək. Fars və İran hoviyyətindən türk və Azərbaycan hoviyyətin tam ayirmaq.

•  milli siyasi şuuru millətimiz arasında genişləndirmək. Siyasi istəklərimizi bəlirləmək və millətimizi siyasi haqları ilə tanış etmək.milli parleman və milli dövlətimizin qurulmasını ən doğma haq kimi millətimizə tanıtmaq.

•  milli qurur hissini millətimizdə gücləndirmək. Hakim fars millətinə siyasi-rəvanı bağlılığı düşüncədə qirmaq.

•  milli iradəmizi və milli gücümüzü mərkəzləştirmək.Güney Azərbaycanı siyasi bir güc və yeni bir oyuncu kimi meydana gətirmək.dağınıq gücümüzu birləştirib, millətimizin mənafeini qorumaq və onu təmsil etmək.Güney Azərbaycan millətini siyasi –huquqi bir şəxsiyyət kimi ortaya qoymaq.

•  milli gücümüz mərkəzləşdikdən sonra , hakimiyyəti addim addim geri oturtmaq.dayanmadan irəli getmək.

•  təslim olmayan hakimiyyəti yixmaq üçün, başqa güclərlə anlaşmaq. Bu anlaşma, yayqin olan»mutalıbə mehvər» bir qurup kimi yox, gerçek siyasi güc kimi olmalıdır.aşaği qonumdan yox, bərabər mözedən olmalıdır.

Bu hədəflərə ulaşmaq üçün, rəngli inqilab modelinin bir sıra  muəllifələrin qullanmaq olar. Bu muəllifələri(öyələri) qullanmaq üçün gərəkən şərtləridə vurqulamaq istərdim:

v  projəyə seçki zamanı başlamaq əlverişlidir.seçki zamanı kütlə hazir durumdadır. İranda olan seçki oyuncaq olsada, millətimizin ən pasiv və siyasətdən uzaqa olanlarıda bir turlu ona qatilirlar.yəni seçki haminin maraq dayrəsinə yərləşir. Muxalif , muvafiq, qatılan və qatılmayan … hər kəs seçkini izləyir və seçkidə, toplum siyasiləşir.siyasi fikirləri dəyərləndirir və…

v  İran seçkilərini nəzərdə alsaq, prezident seçkiləri ən uyqun olanıdır.Azərbaycanın hamısın bir aday üzərində birləştirmək olar.ancaq qalan seçkilərdəndə qullanmaq olar.seçkidən başqa, qalan qonularda da bu projəni həyata keçirmək olar. Ancaq gərək , kütlənin maraqlandiği qonu olsun. Yəni enerjimiz kütlə marağın çəkməyə ayrılmasın.

v  bir şəxsiyyət üzərində odaqlanmaq lazımdır. Bu şəxsiyyət tam millətçi olmalıdır və milli hərəkətin kontrolunda olan birisi.son prezident seçkilərində «istemar pəsikolijisin» nəticəsi göz onundəyidir. Dönə dönə vurqulansa da ki, gərək özümüzdən aday olsun. Ancaq «özümüzun elə bir şəxsiyyətimiz yoxdur» dedilər!! «gərək müstəqil adam olsun» dedilər və «əkbər ələmi»ni müstəqil şəxsiyyət kimi Azərbaycanın nacisi səviyyəsinə qaldırdılar!! illər boyu «gamoh» örgütunə vurulan ittihama , deysən gamaohçular özləridə inanıb!! Inhisarçı görünməsinlər dəyə, belə bir tarixi hadısələrdə susdular.ancaq bundan belə, millətin talei ortada olan yərdə «GAMOH» və hər hansı bir təşkilatın təxribatlara təslim olması, bağişlanmaz.

v  rəngli inqilabların özəlliklərindən olan, dinc və xuşunətsiz kütləvi etirazlar , hərəkətimizin gündəmində olmalıdır.böyük bir hədəf üçün meydanları səssizcə doldurmaq, kiçik hədəflər üçün xuşunətə əl ətmaqdan yaxşidir.habelə, radikal istəklərimiz bizi evdə dustaq etməməlidir.düşüncədə radıkal və əməldə ılımlı olmaq, rəngli inqilabların özəlliyidir və biz bunu bacarmalıyıq. Bu işi bəyənməyənlər, ən azi başqalarına badaq(mane) olmamalıdılar.

v  rəngli inqilablar kimi  bizimdə güclü rəsanəmiz(yetirgənimiz) olmalıdır.ancaq onlardan fərqli olaraq, bu rəsanənin (ən önəmlisi televiziya) yönətimi xarici ölkələrin əlində olmamalıdır. Yəni öz gücümüzlə televiziya açmalıyiq. Mali qaynaği bəlli olmalıdır .televiziyaya hakim olan söyləm(discource-qofteman) milli hərəkətin zərurətlərindən doğan söyləm olmalıdır. Bu televiziyanın yönətimi tam milli hərəkətin kontrolunda olmalıdır. Hərəkətin mərkəzləşmiş iradəsinin orqanı olmalıdır. Sözün öz anlamında «milli televiziya» olmalıdır. Belə bir müstəqil, güclü və gerçekdən milli televiziya , bu projədə dəyərli rol oynayabilər.bu işdə geciksək, başqa ölkələr bizim üçün bu televiziyanı yaradacaqlar.adın milli televiziya qoyub, öz hədəfləri yönündə yönəldəcəklər. Bizdə adına və bəzəyinə uyub, sevinclə qarşılayacayıq onu. Son zamanlar bir sıra millətçilər məktub imzalayaraq, BBC tlekanalından Azərbaycan türkcəsində yayın yaymasını istəmişlər.nə yazıq bizə!yeni istemarın yaratdığı cazibəli yataqlara özümüz istəyərək giririk. Bu yataqda yürümək, yeni bir istemarın qucağına aparacaq bizi.

Milli hərəkətin orqanı olan televiziya, heç bir şəxsə və ölkəyə bağlı olmamalıdır. Yoxsa ölkələrin və şəxslərin maraqları ilə gündə bir dona düşər. Düşmənlərimiz, hədəflərimiz, mahiyyətimiz və …gündə bir cur təriflənər və millətimiz çaş baş qalar. Çaş baş qalan millətdə mubarizəyə enerji qalmaz.

v  boyalı inqilabların özəlliklərindən biri , xarici quvvələrin bir başa işə qarışmasıdır. Bizim hərəkətimizdə də, xarici güclərin rolu haqda bir sıra düşüncələr var.bir sıraları xarici gücləri heçə saymaqda, yalnız millətin istəyinə hər nəyi bağlamaqdadır. Bir sıralar isə, xarici güclər olmasa və onlar mudaxilə etməsə, hərəkətimiz nəticə almaz, deyirlər.bu iki baxışın hərəsi bir turlu «istemar pesikolojisindən» irəli gələn fikirlərdir.»gerçekdən qaçış» və » özgüvəncliyin itirmə» özəllikləri ilə bu baxışlar yozula bilər.yoxsa, Dünyada gedən milli qurtuluş savaşları göstərir ki, milli qurtuluş hərəkəti həm içəridə və həm dışarıda siyasi mahiyyətli bir məsəledir. Uluslar arası huquq, «gələcəyi bəlirləmə haqqi-həqqe təyine sərnevəşt» və bəşər haqları,  yalnız bu məsələyə yanaşmanın ortuyudur.bizə düşən, hərəkətimizi gücləndirmək və «gələcəyini bəlirləmə»si üçün huquqi bəlgələr hazırlamaqdır. Xarici ölkələrin siyasi maraqların onların milli mənafei təyin edir, bizim onlara yersiz bağlanmağımız dərdimizin dərmanı deyil. Böyük güclər bizim millətə nə isə borclu deyillər. Onlar hərəkətə yardim edirlərsə, öz mənfəətləri ortadadır. Ona görə də , rəngli hərəkətlərin tərsinə, xarici ölkələrin sərmayələrinə və bir başa işə qarişmalarına boyun əyməməliyik. Biz bir istemarçının qucağından qopub, başqasının qucağına düşmək istəmirik.

Hərəkətin malı qaynaqlarına gəldikdə isə, xaricdən içəri maliyə yardımın gəlməsi haqda, kimsə düşunməməlidir. Bu iş haqqında xoş niyyətlə düşünən insanlarımız bilməlidilər ki, belə bir işin gətirəcəyi fəsad və həzinə onun qazancindan çox olacaq. Bunun gizli qalacağını düşünmək , sadəlohlukdur.hərəkətin xaricdəki həzinələr isə, yalnız Azərbaycanlılar tərəfindən ödənilməlidir.bu məsələ yalnız əxlaqi məsələ deyil, həmdə uzun sürəli milli qazanclarımızın təminatidir(güvəncəsidir).

v  rəngli hərəkətlərin qullandığı simgə və rənglərə gəldikdə, daha titiz olmaq gərəkir. Rəngli inqilab modelin qullanmaq , hərəkətimzin mahiyyətini dəyişməməlidir. Rəngli inqilablardaki simgələr, savverici (pəyamrəsan) özəllik daşıyırlar. bu simbollar hərəkətin istəyini , hakimiyyətlə muxalifətini və onların mahiyyətini göstərir. Bizimdə simbolumuz , istəyimizi və mahiyyətimizi göstərməlidir.

Rəngli inqilabların səmbolları, hakimiyyətə qarşı olduqları üçün, hakimiyyətdən fərqli olmalıdır.elədə olur.səmbol  mahiyyətlərinə uyqundur. habelə qullandıqları səmbolın, millətləri yanında özəl anlamı olmalıdır. Bu səmbol onların istədiyi hakimiyyətin necə olmasın da , göstərir. Quzey Azərbaycanda, muxalifətin qullandığı narıncı rəng, Azərbaycan milləti üçün özəl tarixi anlam daşımırdı. Yalnız, ukrayna inqilabın yada salırdı. Bu məsəledən  əliyev iqtidari istifadə edib , onları Amerika oyuncağı göstərdi.ancaq bugün İrandakı yaşıl hərəkət, öz mahiyyət və hədəflərinə görə, çox ölçülmüş bir addim atdilar. Yaşıl rəng, indiki Tehranda gedən hərəkətə ən uyqun rəngidir. bu hərəkət, mahiyyətcə rəngli inqilabların, İrana uyqunlaşmışıdır .indiki diktator, müstəbid, nizami və radıkal İslamçi olan dövləti dəyişmək və yerinə daxili və xarici siyasətdə ılımlı hərəkət edən bir qurulu yərləştirmək istəmişlər. hərəkətin rəhbərlərinin hədəfi rejimi dəyişmə deyil, özəlliklə musəvi rejimi qorumaq üçün meydana gəlmişdir. onlar içəridən ölkənin dağılmasını önləmək və dışarıda İran və İslamdan gözəl bir təsvir yaratmaq istəmişlər. Musəvi gil yaşıl rəngi qullanmaqla, kütlənin inanclarının hakimiyyət tərəfindən qullanmasına önləm aldılar.hərəkətin başında gedən bir seyyid(xalq arasında peyğəmbər evladı) və qullandığı bayraq İslam bayrağı! Bu hərəkəti Amerikaya bağlamaq hakimiyyət üçün çətin olacağıdır.Quzey Azərbaycanda hakimiyyətin yapdiğinin tərsinə, Əhmədinejad hakimiyyəti çox çətinliklə bu hərəkətin amerika oyuncağı olduğunu millətə inandira biləcəyidir.

Əlbəttə bir məsələnidə demək lazımdır ki, qullanılan səmbolları totalıter hakimiyyət sıyıqlaşdıra bilər. Hakimiyyət bu səmbolları etiraz və mubarizə səmbollarından çıxarabilərsə, onların qabaqki etkilərin almış olar. İrandaki yaşıl hərəkətə qarşı , xamnei gilin sıyıqlaştırma hərəkətlərindən dərs almalıyıq. Onlar öz bəsicilərinə yaşıl bayraq götürmələrini əmr etdilər .ələvi yaşılını, oməvi yaşılının yerinə işletməklərin istədilər.bu isə indiki yaşıl hərəkətinin qullandığı silahin təsirini azaltmaqdır, onu los etməkdir (sıyıqlaştırmaq). hərəkətimiz bu oyuna düşməməlidir. Boyalı inqilablar modelindən hərəkətimizi gücləndirməyə qullanırıqsa, istifadə edəcəyimiz simgə mahiyyətimizi bəlli etməlidir. Habelə hakimiyyətin önləmlərinə , simgəni sıyıqlaştırmağa meydan verilməməlidir. Bu əsasda , demək lazımdır ki, biz təkcə bugünkü iqtidarda olan Əhmədinejad dövləti ilə mubarizə ətmirik, təkcə Əhmədinejada qarşı olmaq bizim mahiyyətimiz deyil. Biz fars şovonisminə və İrançılığa qarşıyıq. Habelə öz dövlətçiliyimizi əldə etmək istəyirik. Millət –dövlət oluşturmaq istəyən hərəkətin simbolu ilə, ölkənin hakimini dəyiştirmək istəyən hərəkətin simbolu fərqli olmalıdır. Əsarətdən və istemardan qurtulmaq istəyən millətlərin simbolları , öz bayraqları olur. bu bayraq  azadliq istəyən millətə ən güclü etiraz nişanıdır.bayraq,  Başqa yozdurmaqları önləyən, sıyıqlaştirmaq yolların bağlayan bir simgedir. Xamnei və Əhmədinejad, öz mozdurlarına Güneyin şanlı bayrağın götürun deməz,  elə bir yalnışlıq yapmazlar. Çün bayrağın daşıdığı ağırlığın nə olduğun bilirlər.

hər hansı bir rəng(qırmızıı, yaşıl ya göy) hərəkətimizin əsil mahiyyətin deyil, başqalarına quyruq olduğumuzu yada başqalarına yersiz təpki göstərməyimizi simgələyəcək.  hərəkətimiz çox duyarli(həssas) anlar yaşmaqdadır.Belə bir zamanda, təpkisəllik(vakoneşi əməl etmək), təqlid və inad etmək(könəzlik), gerçek bir millətçiyə yaraşmaz.

Bir önəmli məsələ də var, rəngli inqilablarda toplumu qutublaşdirmaq istəmirlər(qotbi etmək). Milli hərəkətimizin hədəflərindən biri isə, milli kimliyimizi oluşturmaqdir.hoviyyət məsələsidir. Hoviyyət məsələsi isə zatən ayrım yapmağa, ara açmağa(fasilə yaratmağa) və qutublaştirmağa məyillidir(əyilimlidir). Bizi fars millətindən ayıran faktorlar hərəkətin gündəmindədir. Simgələrimizdə bu qaydanın içində yerləşməlidirlər. Bu rənglərin tək tək hər birisinin, İranda anlamı var. hər birisi özəl bir məna daşıyır və özəl bir qurupu təmsil edir. Bu quruplar isə, türk və farslardan və başqa millətlərdən oluşan quruplardılar. Hoviyyət olaraq bizi farslarla birləştirən etkən(amil), bizi onlardan ayıran amil olabilməz və tərsinə. Yaşıl rəng, İslam rəngidir və musəlmanlığı təmsil edir. Farslar ,Türklər, Ərəblər , Kürdlər və… hamısının ortaq dini hoviyyətini təmsil edən rəngdir.göy boya(mavi) türkçuluk rəngidir .özəlliklə uyğur türklərinin son hərəkətləri, göy boyanı dünyada türkçuluk rəngi kimi tanıtdırdı .ancaq İranda daha çox istiqlal timini təmsil edir.istiqlal timinin tərəfdarları arasında Türklər, Farslar, Giləklər və … var. yəni göy rəng, bir sıra türklərlə bir sıra farslar arasında ortaq futbalsəverlik hoviyyətini təmsil edir.(əlbəttə tiraxtur timi gündəmə gələndən ,idman alanında  göy rəngin (abi)  tərəftarları arasında türklərin sayı azalır). Qırmızı rəng dünya səviyyəsində komonizmin və solçuluğun simgəsidir.(əlbəttə 1917-ci ilə inqilabından öncə Fransa inqilabından əsinlənərək, inqilabçilığın simgəsiyidir). İrana gəldikdə, İran solçularının da qırmızı rəng simgəsəl rəngləridir.yəni bir sıra türklərlə bir sıra farslar arasında ortaq əqidə hoviyyəti simboludur.yəni bizlə farsları ayıran simbol deyil, tərsinə bir sıralarımız üçün ortaqliq amilidir. Habelə, İranda bu rəng də göy rəngi kimi, idman sahəsində daha çox anlam daşıyır. illər boyu perspolis (piruzi) timini təmsil edib , bu rəng. piruzi timinin yanlıları arasında isə İranda yaşayan millətlərin hamısından olub və indidə eledir.(əlbəttə son zamanlar Azərbaycanda daha çox tiraxtur timini təmsil edir).indi İran səviyyəsində tiraxturu və piruzini təmsil edən qırmızıi rəng, bizi farslardan ayıran simgə olabilməz. Üstəlik 10-cu prezident seçkilərindən sonra, yaşıl rəngin qabağında Azərbaycan üçün qırmızı rəngi önərənlər, bunuda nəzərdə almalıdilar ki, yaşıl rəng seçkilərdə musevini təmsil edirdisə, qırmızı rəng Əhmədinejadı simgələyirdi.bu isə, bizim Əhmədinejadın yanında durmağımızla bağlı , farsçiların yaydığı təxribata zəmin yaradabilər. (qırmızı reng bizim millətin  meəzhəbi baxışlarında da özəl yeri var, hakimiyyətin bu amildən de qullanması gözdən qaçmamalıdır.)Rəngli inqilabların qullandığı simbolların mənası, aydın olmalıdır. Belə buruşuq və neçə anlamli bir rəng bizim milli kimliyimizi göstərə bilməz.

Bu rənglərin uçudə bizim ülkülərimizi göstərən rənglərdir və milli bayrağımızda üçüdə yer alıblar. Heç biri təklikdə bizim milli hərəkətimizi və milli məfkürəmizi olduğu kimi göstərmir.üçünündə bir yərdə olduğu və ay ulduzu qucaqlamaları ilə, bizim kimliyimizi göstərəbilərlər. Bu sistemin bir bölümünü götürub, sistemin hamısının yerinə irəli sürmək stratejik bir xətadır.stratejik bir inhiraf və caymaqdır. Ona görə ki, mahiyyəti və kəlan hədəfləri dəyişən bir hərəkətin, stratejiləridə dəyişəcək.bu  məsələ statejik yönətimdə ən ilkin usullardandir.

yahsil hərəkət vi Güney azərbycan milli hərəkəti

İranda gedən 10-cu prezident seçiləri öncəsə və ondsan sonra , «moce səbz-yaşıl dalğa» adlanan ictimai-siyasi bir hərəkət başlayıb. Seçkidən öncəki olaylar, özəlliklə televiziyada adayların munazirələri seçkiyə maraq və umudu artirmışdır. Özəlliklə islahatdan və seçkidən umudsuzləşən yeni orta təbəqə də, yenidən meydana gəlmışdır. Bir sıralar seçkidəən sonraki umduğu dəyişimlərə görə, bir sıra qurumlar isə seçkidən öncəki ortamı qullanmaq üçün meydana girmişdilər.illər boyu seçkiləri baykot edən milli hərəkətimizdə də, seçki meydanına girmək bəlirtiləri görünürdu. Prezident seçkiləri hərəkətin gündəminə gəlmişdir. Genəl olaraq hərəkətin söyləmini və mubahisələrini o zaman seçki tartişmaları bürümüşdür. Milli hərəkətimizin uğraştiği başqa alanlar kölgəyə düşmuşdur sankı. keçmiş illərdə anılan və hərəkətin daha artıq gündəmində olan «Ana dili günu», «Xocalı soyqirimi günu»və…kimi simbolik günlərimizi də, seçkinin yaratdiği ortamin kolgəsinə düşdü. Milli hərəkətimizin genəlini(kolliyyətini) qapsayan bu ortam, seçki günunə qədər sürdü. Seçkidən sonra isə, mərkəzdə və fars şəhərlərinin bir sırasında(isfahan, Şiraz, Məşhəa, Kiramn, Rəşt, və…) yeni bir hərəkət, yeni bir dalğa ortaya çıxdı.yeni bir oyun, yeni bir savaş başladı. əslində seçkidən öncə başlayan bu hərəkətə, seçkidən sonrakı hadısələr məna verib, bu hərəkətin mahiyyətini aydınlatdı. yaşıl dalğa bölgəmizdə və dünyada baxışları özünə çəksə də, İran deyilən ölkədə yaşayan başqa millətlər bu hərəkətə qoşulmadı. İran tarixində yenilik sayılabiləcək ən onməli olay isə, Güney Azərbaycanın bu olaylarda susmasıyıdır. Güney Azərbaycan mərkəzdə gedən bu olaylara gözləmci(tamaşaçı) kimi yanaşdi. Bu yanaşmanın nədənləri və gələcəkdə Azərbaycanın necə hərəkət etməsi ilə bağlı, hərəkətimizdə çeşitli baxışlar var. bu baxışları dəyərləndirmək və gələcəkdə belə olaylarla bağlı necə davranacağımızla bağlı öz düşüncələrimi irəli sürmək istərdim.

Genəl olaraq demək olar ki, milli hərəkətimizin və genəldə Azərbaycanın mərkəzdə gedən hərəkətlə bağlı susması anlamli(mənalı) bir susqunluğudur. Bu anlamın iki yönü var: susmağın nədənləri və daşidiği sav(pəyam-mesaj).Azərbaycanın bu suysqunluğunun həm  Azərbaycan mehvərli milli hərəkətimizə , həmdə İran mehvərli hərəkətlərə savı varıdır. susqunluğun nədənlərini sıralarsaq, hər qurum öz savini götürəcək, sanıram.

Güney Azərbaycan milli hərəkəti və genəl olaraq Güney Azərbaycanın susqunluğu haqda irəli sürülən nədənlər:

s  Güney Azərbaycan son yüzildə inqilablar beşiyi olub, ancaq hər inqilabin sonucunda yeni bir fəlakətə düşməsi

s  İranın genəli üçün azadlıq istəyən Güney Azərbaycan, fars şovinistinin yaratdiği millətlər zindanında hələdə əsir qalması və bu dönə yalnız özünu düşünməsi

s  indiki yaşıl hərəkətin başçiları və aparıcı güclərinin də fars şopvinisti olmaları və özəlliklə xordad qiyaminda bunu göstərmələri

s  yaşıl hərəkətin fars millətinin iç savaşi sayılması və bizi ilgiləndirməməsi düşüncəsi(bir sıralarınca)

s  yaşıl hərəkətə qatilmaqla milli hərəkətin bir önəmli sonuc almağına umudsuzluq

s  milli hərəkətin güclü təşkilatlanmaması

s  bizim qatilmağımızla, fars hərəkətləri İranın parçalanmasından qorxub, öz savaşlarını dayandirmaları düşüncəsi(bir sıralarınca)

s  savaşi gözləmək və fars hakimiyyətinin zəifləməsi zamanı işə kəçmək düşüncəsi (bir sıralarınca)

s  Azərbaycanın susması ilə fars millətinə, onun nuxbelərinə və dünyaya sav vermək istəməsi

s  Azərbaycanın farslardan ayri bir yol ilə irəliləməsi və mərkəzdən uzaqlaşması, mərkəz cərəyanlarının dalınca düşməməsi

s  milli hərəkətin Azərbaycanda yönətici güc olması və yaşıl hərəkətə qatilmaması

s  yaşıl hərəkət numayəndələrinin Azərbaycanda zəif olması

s  Əhmədinejad hakimiyyətinin bastırma və saptırma(sərkub və inhiraf) siyasətləri

s  kiçik şəhərlərdə əmniyyəti tədbirlərin güclü olması və kütlənin gözünun qorxudulması

s  xordad qiyaminda Azərbaycanın enerjisinin boşalması

s  milli hərəkətin müstəqil hərəkət etməsi və sağ-sol savaşından uzaq durma düşüncəsi( bir sıralarınca)

Bu susmaq çoxların düşündürdu.çoxları öz savın aldı. Bu susqunluğa sevinənlər və doyunənlər (çox narahat olanlar) də oldu. Hərəkətimiz içində, İran və dünya gücləri arasında bu sukütun qırılması vəya surməsi ilə bağlı pılan cizanlarda oldu. Hələlik milli hərəkət və Azərbaycan millət yaşıl hərəkətlə bağlı susmağa sürməkdədir.ancaq bu susmağın haçanacan sürəcəyi haqda kəsin bir öngöru demək olmaz.milli hərəkətimiz içində bu susmağı dəyərləndirənlər də oldu. Bir sıraları bu susmağın çox mənalı olduğunu vurqulayıb və hərəkətin qazancını bu susmağın sürməsində və milli istəklərimiz üzrə dirənməsində görürlər. Bu baxışa görə, öncə fars şovinistləri və yaşıl hərəkət numayəndələri bizi və bizim haqlarımızi tanımalıdırlar.bizi bir millət olaraq qəbul etməli və şovinisti baxışlarından açıqca daşınmalıdırlar, bizim millətimizə olan zulmə etiraf etməlidirlər və…sonar onlar haqda qərar vermək olar.milli hərəkət tam müstəqil hərəkət etməlidir və sağ sol savaşına keçməməlidir.

Ikinci baxışa görə hərəkət meydanda olmalıdır.yoxsa oyunun sonunda milli hərəkətə heç nə çatmayacaq. Bu baxış içində muxtəlif nədənləri irəli sürüb, çeşitli formada qatılmağı önərənlər var. genəl olaraq qatılmağı önərənlər içində bir sıraları ilk gündən yaşıl hərəkəti demokrasi hərəkəti adlandirib və İranın demokratikləşməsini bizim çıxış yolumuz kimi göstərirlər. Demokrasi bizim sorunlarımızı çözəcək və ya çözülməsinə şərayit yaradacaq deyə, yaşıl hərəkətə qatilmalıyiq, deyirlər. Qatılmanı muvazi(qoşut) hərəkət biçimində irəli sürənlər də var bu baxış içində.”biz bu hərəkətə qoşulub öz şuarımızı verməliyik”, “hakimiyyətin simbolik günlərində farslar Tehranda etiraz edirsə, bizdə burada hərəkətə kəçməliyik, özümüzün istəklərimizi dilə gətirməliyik, hakimiyyət quvvələrinin Tehrana yönəldiyi və öz quvvələrinin meydanda olduğu zaman bizim meydana çıxmağımıza ən uyqun zamandir, artıq susmaq munfəillikdir və…”deyirlər.

Bunlar hər iki baxışın özətcə göstərimidir. Bu baxışların ikisinidə millətçilər arasında savunanlar var. Azərbaycan mehvərli tanınmış yoldaşlarımızı görmək olar hər iki baxışda.tərsinə İran mehvərli insanları da görmək olar bu baxışları irəli sürənlər arasında.onlar İran mehvər olsalarda , öz əsil amacların gizlədib, Azərbaycan adına bizi bu baxışların biri içində yərləştirmək istəyirlər. Onlar öz hədəfləri uğrunda, bu baxışların birini tutmağa milli hərəkəti təhrik edirlər.cumhuriye İslami və Əhmədinejad hakimiyyətini qurtarmaq istəyən İran mehvərlər, sol baxışli İran mehvər insanlar,İran mehvərli və yalnız ana dilin səvənlər, üstəlik xarici ölkələrin oyuncaqlarını da bu baxışları sürənlər arasında görmək olar. Ona görə də bu baxışları dəyərləndirmək istəyiriksə, yalnız milli qazancımız və iç-dış çevrəmizin qoşulları əsasında olmalıdır. Bu əsasda bu baxışların dəyəri, onları irəli sürənlərin kim olduğuna görə deyil.həm baxışları savunanlar içində İran və Azərbaycan mehvər insanlar var, həmdə irəli sürülən hər iki baxışda bəlli gerçek və gerçekdışı(qeyri vaqei) unsurlar görünür.habelə hər iki baxışda istemar pesikolojiyası dediyimiz özəlliklərin etkisin görmək olar.

Milli hərəkətimizin yaşıl hərəkətlə bağlı tutumu(munasibəti) və gerçəklər-sonuc olaraq:

·        Yaşıl hərəkətlə bağlı, Azərbaycan milləti və milli hərəkətimiz susmuşdur.bu susmaq hər kəsə bir sav verdi. bizdə öz savımızı almalıyıq: sistem olaraq qərarsızlıq. istemar vurmuş bir millətin və onun zəif milli hərəkətinin,böyük şoklar qabağında istisalı(kirik qalması) doğal özəllikdir. Bu özəlliyi sistem olaraq gücləndiyimiz zaman aradan qaldırabilərik.

·        Milli hərəkətimizin Azərbaycan millətinin susmasında önəmli rolu olmuşdur. Ancaq millətin bu susmağına həmişəlik umudlu olmaq olmaz. Millətin gələcək hərəkətini pasivlər yox, fəaal quvvələr təyin ədəcək.

·        Yaşıl hərəkət hakim fars millətinin tarixi və zəruri ehtiyaclarından doğan bir hərəkətdir. Hakim fars millətinin acil istəyini, məhkum millətimizin acil istəyi kimi dəyərləndirmək, istemarin törətdiyi rəvanı-siyasi bağlılığı göstərir.

·        Yaşıl hərəkət mahiyyət etibari ilə Güney Azərbaycan milli hərəkətindən fərqli bir hərəkətdir. Bu hərəkətin hədəfləri və acil istəkləri ilə bizim hədəflərimiz və acil istəklərimiz fərqlidir. Yaşıl hərəkət, İranda olan hakim heyəti dəyişmək istəyir və yerinə ılımı bir İran cumhuriyyəti qurmaq istəyir(əlbəttə liderləri hələ İran İslam cumhuriyyətini savunurlar). Güney Azərbaycan milli hərəkəti isə, əsarətdən qurtarmaq və öz hakimiyyətini qurmaq istəyir. Milli hərəkətimizi yaşıl hərəkətin içində görmək və demokrasi hərəkəti adlandirmaq, üzü bəzəkli bir tuzaqdir. Biz bugünün üstün söyləmi olan demokrasini çeynəlyənlərin aldadıcı şuarları ilə , öz mahiyyətimizi göz ardı etməməliyik. Hərəkətimizi demokrasi adına bir başa yaşıl hərəkətə qoşmaq, milli hərəkətimizin mahiyyətindən daşinması deməkdir.demokrasi hər dərdimizin dərmanıdır deyənlər, demokratik dəyərlərimizi qullanmaq istəyirlər. Onlar bizim gecikmiş hərəkətimizi , yenədə geciktirmək istəyirlər.

·        farsların hərəkətə keçdiyi günlərdə, bizdə hərəkətə keçib öz şuarımızı verməyimiz, gələcəkdə bir taktikimiz olabilər. Ancaq yalnız susqunluqdan çıxalım deyə, önqoşullarını(pişşərtlərini) hazırlamadan bu taktiki qullanmaq, enerjimizin boşuna tükətilməsidir.hərəkətin bugünkü potansiyelini nəzərdə almadan, belə bir taktiki oyunlara keçmək , risk yönətiminə uymayan bir addimdir.qarşımizdaki buruşuq oyunda, yalnız hay küy salmaq və meydanda olmaq nəticəni sağlayanmaz. Yersiz təqlid , dalğalara heyranlıq  və təpkisəlliyi andıran bu hərəkətlər, yalnız güclü oyuncuların qazanci ilə bitər. Sistemləşməmiş və mərkəzləşməmiş bir hərəkəti güclü oyuncuların meydanına atmaq, oyunculuqdan daha çox oyuncaqliğa gətirib çıxarar. “Farslar filan hərəkəti ətdilər , bizdə ədək” düşüncəsi təpkisəllikdir  yaradıcılıq deyil. fərsayəşi(aşindirici) bir oyunda təpkisəl davranan oyuncu ardı ardına qoz verməli olur.

·        «yaşıl hərəkət farsların iç savaşıdır və bizi ilgiləndirməz» deməklə müstəqil olmağımızı göstərmək, mubarizə meydanımızdakı gerçeklərdən qaçmaqdır.»gerçekdən qaçış» ilə gerçek mubarizəni sürmək olmaz. xəyalda yaşadığımız ölkədə farslarla türklər arasında çin duvarı çəkmək olar.ancaq gerçək meydanda qarşımızdakı hərifləri görməmək olmaz. «fars hərəkətləri özəlliklə yaşıl hərəkət öncə bizi bir millət kimi qəbul ətsin, sonra bu haqda qərar verək» sözü, özü bir turlu farslara aşağıdan baxmağımızı göstərir. bu söz, bizim zəif olduğumuzu özündə gizledir. Biz güclü bir oyuncuyuqsa, bizi öncə qəbul edin deməyə gərək yoxdur. Onlar onsuzda qəbul ədəcəklər.

·        Farslar və başqa millətlərlə muvazi olaraq Əhmədinejad-xamnei hakimiyyətinə qarşı böyük və enli bir yolda hucuma kəçmək , yenədə hərəkətimizin acil istəyinin nə olduğunu dalğaların cazibəsi ilə unutmaqdir. Bizim dərdimiz yalnız Əhmədinejad həkimiyyəti deyil. Biz  öz millətimiz, hakim millət və onun hakimiyyəti ilə uğraşmaqdayıq. Ən önəmlisi isə öz millətimizdir. Öz millətimiz və milli gücümüz formalaşmayınca, öz hakimiyyətini istəməyincə, hakim millətin hakimiyyətini yıxmaq olmaz. milli hərəkətimiz bir gerçək oyuncu səviyyəsində olmazsa, muvazi hərəkət adına meydana girib, kölgəyə düşərik.

·        Biz fars –İran istemarinda inildəyən bir millətik. Bu əsarətdən millət olaraq qurtarmaq üçün, qarşımızda duran quvvedən güclü olmalıyıq.hərəkətimiz milli-siyasi hərəkətdir.siyasi hərəkətdə güclülər udur. bu yazıda bizi gücləndirən unsurlar haqda fikirlərimi ortaya qoydum. Bu unsurlara dayanaraq, hərəkətimizi odaqli bir sistemə çəvirmək, ən kəsə çıxış yolumuzdur.odaqlanmış, sistemləşmiş , mərkəzləşmiş və güclü bir hərəkətə çəvrilirsək, yuxaridaki seçənəklərin çoxundan yararlanmaq olar,  yoxsa hamısından hakim millət qazancli çıxacaq.

qaynaq:

1- Prof. Karl-Diətər Opp, Social Movəmənts and Political Protəst, University of Ləipzig / University of Waşington (Səattlə), Spring 2006

2-SƏFA ŞIMŞƏK, Nəw Social Movəmənts in Türkəy Sincə 1980, Türkiş Studiəs, Vol. 5, No. 2, Summər 2004

3-Hooşang amirahmadı,Thə thəory of əthnic colləctiv movəmənts and its application to İran, əthnic and racıal  studiəs, vol 10,num  4, 1987 (internet)

4-Bahram Rajaəə -Dəciphəring İran: Thə Political Əvolution of thə İslamic Rəpublic and U.S. Forəign Policy Aftər Səptəmbər 11, Comparativə Studiəs of South Asıa, Africa and thə Middlə Əast, 24:1 (2004)

5- Barry Rubin, Regime Change in Iran, Middle East Review of International Affairs, Vol. 7, No. 2 (June, 2003)

1-بشیریه،حسین،دیباچه ای بر جامعه شناسی سیاسی ایران-دوره جمهوری اسلامی،نشر نگاه معاصصر،1382

2-گی روشه، تغییرات اجتماعی،ترجمه دکتر منصور وثوقی،نشر نی،1385

3-جلايي‌پور، حميدرضا، جامعه‌شناسي جنبش‌هاي اجتماعي، تهران، طرح نو، 1381

4-سهراب رزاقی ، جنبش های اجتماعی در ایران: از ایده تا عمل، اخبارروز (اینترنت)

5-کاوه مظفري، مروري بر نظريه هاي جنبش هاي اجتماعي، مدرسه فمينيستي،1387

.6- وفايي، حسن ، «انقلاب مخملي؛ تجربه هاي شكست خورده و شيوه هاي مقابله»، پژوهشكده مطالعات راهبردي، 1387

7-. يزدان فام، محمود، «انقلاب مخملي؛ بسترهاي داخلي و تمايلات خارجي»، پژوهشكده مطالعات راهبردي، 1387

8-سعید مدنی،درباره جنبشهای اجتماعی جدید، سایتهای اینترنتی  مربوط به جنبس سبز،1388

نوشته شده در  88/10/19 توسط آزربایجان دموکراسی اوجاغی

8 مارس 2010 - Posted by | مقاله - تحلیل, باخیش - دیدگاه, تورکجه - Turkce | , ,

هنوز دیدگاهی داده نشده است.

پاسخی بگذارید

در پایین مشخصات خود را پر کنید یا برای ورود روی شمایل‌ها کلیک نمایید:

نشان‌وارهٔ وردپرس.کام

شما در حال بیان دیدگاه با حساب کاربری WordPress.com خود هستید. بیرون رفتن / تغییر دادن )

تصویر توییتر

شما در حال بیان دیدگاه با حساب کاربری Twitter خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس فیسبوک

شما در حال بیان دیدگاه با حساب کاربری Facebook خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس گوگل+

شما در حال بیان دیدگاه با حساب کاربری Google+ خود هستید. بیرون رفتن / تغییر دادن )

درحال اتصال به %s