کانون دمکراسی آزربايجان

Azərbaycan Demokrasi Ocağı / Azarbaijanian Democracy Institute

Güney Azərbaycanlı məhbuslari Buraxın


Bir Gurup Siyasi dustaqlar Ailəsi, Aydınlar, Akademisiyənlər, Sosyal Hərəkətlər və İnsan Haqları Aktivitistlərinin Bəyaniyyəsi

2010-29-8

Bu il yazın əvvəllərindən etibarən sivil və kültürəl haqları savunan onlarca Azərbaycanlı Təbriz, Tehran, Kərəc, Urmiyə, Ərdəbil, Qoşaçay, Makı, Kəleybər, Xiyov, Xoy, Sofyan…vs. şəhərlərində tutuqlanaraq dustağa göndərilibdir. Onların bir neçəsi vəsiqə qarşıslnda azadlığa buraxılsa belə,  hələ də xanımlar: Həmidə Fərəczadə, Zəhra Fərəczadə (qadın haqları aktivistləri) və cənablar: Əkbər Azad (yazıçı və jurnalist), məhəndis Həsən Rəhimi Bayat (insan haqları aktivisti), Hüseyn Nəsiri, Dr. Əlirza Əbdullahi, Dr. Lətif Həsəni, məhəndis Mahmud Fəzli, məhəndis Şəhram Radmehr, Ayət Mehrəlibəyli, Behbud Qulizadə, Aydın Xaceyi, Bəhmən Nəsirzadə, Heydər Kərimi, Nəim Əhmədi, Yunis Süleymani və Şükrullah Qəhrəmani (hamısı Azərbaycan sivil aktivitistləri) ortalama üç aydır ki infiradi sellullarda dustaqdadırlar, Eyni halda Səid Mətinpur, Əli Əbbasi, Vədud Səadəti, Rəhim Qulami və Behruz Əlizadə Keçən ildən etibarən həbs cəzasını çəkirlər, son vaxlar da Haniyə xanım Fərşi Şotorbani, və ……  tutuqlanaraq, öncəkilərə qoşulmuşlar.

Məlum olduğu kimi  bir çox tutuqlamalar ədliyyə hökmündən qıraq üz vermiş, tutuqlananlar tək sellullarda və vəkil seçmə haqqından yoxsun saxlanılmışlar, onlardan bir neçəsi ruhi və cismi işkəncələrə məruz qalıb, ailə üzvlərilə görüşləri ya da telefon bağlantıları belə yasaqlanmışdır.

Biz Azərbaycanlıların dilə aid və kültürəl, sosyal, iqtisadi və siyasal istəklərinin tələbində haqlı olduqlarını vurğulayır və inanırıq ki demokrasıya uğrunda dirəniş, ölkənin etnik bölgələri əhalisinin ilkin haqlarını qazandıran mucadilədən ayrı deyil. Biz toplumda etnik çatın yaranmasına gətirib çıxarmış İran mərkəzi hökümətlərinin ayrı seçgilik siyasətlərini kəsinliklə məhkum edirik.

Bizcə Türk, Kürd, Ərəb, Türkmən və Bəluçların vs. vətəndaş haqlarınını nəzərdə almadan diktatorluğa qaşı mucadilə başarılı olmayacaqdır.

Bu səbəbdən biz tutuqlananlara qarşı aparılan hər növ zorakılıq, işkəncə, küçümsəmə, Təhqir və mulki haqların pozulmasını məhkum edib, bütün özgür medyalar və insan haqları örgütlərindən onların xəbərlərini yayınlayıb, himayə altına alınmalarını istəyirik, habelə tələb edirik ki dustaqlar şərtsiz azadlığa buraxılıb, ədalətli bir məkəməyə irca edilməsinlər.

Səkgizyüz Səkgiz imza əlifba sırsilə

4 سپتامبر 2010 - Posted by | بیانیه - آچیقلاما, تورکجه - Turkce, حقوق اقوام, سند لر- اسناد | , ,

2 دیدگاه »

  1. […] Güney Azərbaycanlı məhbuslari Buraxın […]

    بازتاب توسط آزربایجانی‌ها را آزاد کنید / اسامی حامیان جدید کمپین « کانون دمکراسی آزربايجان | 11 سپتامبر 2010 | پاسخ

  2. […] Güney Azərbaycanlı məhbuslari Buraxın […]

    بازتاب توسط آزربایجانی‌ها را آزاد کنید / اسامی حامیان جدید کمپین « Azarbaijanis Democracy Institute | 12 سپتامبر 2010 | پاسخ


بیان دیدگاه