آناديل ياساغي، تجاووز، داشقالاق ( سنگسار ) و اعدام
ايراندا باسقي آلتينداکي ميلتلردن اولان قادينلارا قارشي دؤولت شيددتي
سئودا زنجانلی
بوگون باشدا شرق توپلومو اولماق اوزره توم دونيايا حاکيم اولان پاترييارکال ( آتا-کيشي مرکزلي، کيشي حاکيمييتلي) سيستمده هر تورلو ( اقتيصادي، ميللي، سوسيال و پوليتيک) تحکم و باسقي ايليشکيسي (علاقه سي)، ان چوخ قادينلاري مقدور ائدير. قادينلاري کيشيلرين » ناموس «-و کيمي گؤرن، قادينين کيمليیيني اؤزونه گوره يوخ، کيشي ايله اولان علاقه سينه گوره اولوشدوران بو سيستمين نتيجه سي اولاراق، بير شخصي تحقير ائتمه نين، باسقي آلتينا آلمانين و آشاغيلامانين ان باشليجا يولو اونون عاييله سينده کي قادينلارا تحقير اولونماسيدير: بو تکچه شخصلر اوچون يوخ، سوسيال توپلولوقلار و دولاييسييلا اولوسلار اوچون ده کئچرليدير: بير اولوسو باسقي آلتينا آلمانين و آشاغيلامانين بير يولو دا او اولوسون قادينلارينا قارشي موخته ليف يوللارلا شيددت اويغولاماقدير. بو سببله دير کي تاريخدن بوگونه ساواشلاردا ايشغالجي دؤولتلرين عسگرلري ايشغال اولونان يورد دا تحکم و ايقتيدارلاري نين ايثباتي اولاراق قادينلارا تجاوز ائديرلر و يئنه بو سببله دير کي موخته ليف اؤلکه لرده ديلي و اولوسال کيمليگي ياساق اولان باسقي-آلتينداکي ميللتلر، حاکيم-اولوسون قادينلاريندان چوخ داها درين و چوخ-بويوتلو (چوخ ميقياسلي) بير ظولمه معروض قاليرلار. بوگون ايران’دا فارس ائتنيک کيمليگينه (ethnicity) يعني اولوسونا منسوب اولمايان قادينلارين گؤردويو دؤولت شيددتي (زوراکيليغي)، پاترييارکال سيستمده کي بو ايقتيدار-تحکم ساواشي نين بير قولودور.
شوبهه سيز ايران’دا يالنيز ميللي وارليغي باسقي آلتيندا اولان تورک، کورد، عرب، بلوچ … قادينلاري يوخ، توم قادينلار دؤولت شيددتينه معروض قاليرلار: بوگون تهران، ايسفاهان، شيراز، قوم کيمي شهرلرده ده دؤولتين پوليسي قادينلاري ايسلامي حجابا مجبور ائدير، قادين حاقلاريني تاپتالايان موخته ليف قانونلار ائتنيک کيمليگينده ن یعنی اولوسوندان آسيلي اولماياراق ايران’داکي توم قادينلاري هدف آلير. آنجاق اؤلکه ده ياشانانلارا، پاترييارکال سيستمين سوسيولوژيک تحليلي نين ايشيغيندا باخيلاندا، بورداکي باسقي آلتينداکي ميلتلرين قادينلارينا قارشي دؤولت شيددتي نين، ديگرلرينه اولاندان داها فرقلي و داها آغير بير فورمدا اولدوغونو گؤروروک.
هر شئیدن اوول، بو اولوسلارين آنا ديلين تحصيل، مطبوعات.. ساحه لرده ياساقلانماسي نين اؤزو معنوي بير دؤوله ت شيددتيدير و ان چوخ دا بو ياساقا معروض قالان ميللتلرده کي قادينلاري، یعنی آنالاري هدف آلير. هر توپلومدا، نسيلده ن نسيله ديلي و کولتورو (مدنيتي) داوام ائتديرن شخص، توپلومون ان کيچيک واحيدي اولان عاييله ده کي » آنا » دير، یعنی قاديندير. » آنا » ديل ياساقي نين باشليجا نتيجه سي اولاراق آنانين اوشاقي ايلا علاقه سي چوخ ديللي ليیين نتيجه سي اولاراق پروبلملي لشير، بير چوخ دورومدا آناديلده تحصيل ياساقي نين ياراتتيغي آسسيميلاسييا (assimilation: اؤزگلشم)، اوشاقلارين» آنا » ديلله ريني دانيشابيلمه مه له رينه و بو سببله آنا-اوشاق علاقه سينده بير قوپوقلوق ياشانماسينا يول آچير: و آنانين اوشاغي ايلا » آنا » ديلينده دانييشابيلمه مه سي اولور نتيجه. بو هم » آنا » کيمليگينده، دولاييسييلا » قادين » دا، و هم اولوسال کيمليک ده درين يارالار آچير.
آناديل ياساغينا علاوه اولاراق، رسمي مطبوعات و ديگر يوللاردان ائديلن تحقيرلر، دؤولت مسوللاري و پوليس لري طرفيندن تجاوز، جينايتلر، اعدام و داشقالاق، باسقي-آلتينداکي ميللتلرين قادينلارينا قارشي ايقتيدار-تحکم ساواشيندا قوللانيلان سيلاح لارديرلار. ميثال اولاراق 2010 ايلي نين اييون آييندا تبريز’ده بسيجيلر طرفيندن تجاووزه اوغراييپ قتله يئتيريلن 26 ياشلي ائلناز بابازاده ’يه اويغولانان بو شيددتين، تبريز مرکزلي آزربايجان’ين اؤز قدريني تعيين حققي تاپتالانان بير يورد اولدوغو گئرچه یي ديقته آليناندا، سياسي بير آنلام دا تاشيديغي گؤرولور.
آزربايجان قاديني نين معروض قالديغي دؤولت شيددتينه، ايرانين موخته ليف حبسخانالاريندا داشقالاق يولويلا اعدام اولونمايي گؤزله ين قادينلاردان دا ميثال چکمک اولار. ساييسي ان آزي 19 نفر اولان بو قادينلارين بير چوخو آزربايجانليدير. بو قادينلاردان بيري اولان تبريزلي 25 ياشلي مريم قوربانزاده ، توتولدوغوندا حاميله ايدي و قانونلارا گؤره حاميله بير قادين اعدام اولوناماياجاغي اوچون، وکيلي نين آوروپا مطبوعاتينا ورديیي بياناتلارا گؤره سقط جنینه مجبور ائديلدي. يئنه آوروپا و دونيا مطبوعاتينا سسيني چاتتيران و بير مودت اول آزاد بيراخيلديغي حاقدا يالان خبر ياييلان آنجاق هله ده اعدامي گؤزله ين سکينه آشتيیانی ده بير آزربايجانلي قاديندير و وکيلي نين بياناتلارينا گوره فارس ديلينده دانيشابيلمه ديیي اوچون محکمه ده اؤزونو ساوونماقدا چتينليک چکميشدير.
ميللي کيمليک حاقلاري يادا قادين حاقلاري ساحه سينده فعال اولان آزربايجانلي قادينلارين حبس اولوناراق جيسمي و معنوي باسقيلارا معروض قالماسي دا دؤولت شيددتي نين بير نؤووعودور: سون اولاراق 6 آي حبسه محکوم اولان آرمان اؤيرنجي تشکيلاتي عوضوو و آزربايجان قاديني آدلي اؤيرنجي قزئتي نين ائديتورو فاطيمه نصيرپور کيمي.
البته بيرچوخ فرقلي ميللتين ياشاديغي ايران’دا باسقي آلتيندا توتولان، ديلي و کيمليیي ياساقلانان و اؤز قدريني تعيين حاقي تاپدالانان تک خلق آزربايجانليلار دئیيلدير: تورکلرين یانیندا کورد، عرب، بلوج و ديگر اولوسلاردان قادينلار دا بو شيددته معروض قاليرلار. بوگون بير کورد قاديني اولان (یعنی هم ميللي کيمليیي، هم سونني مذهبي و هم جينسييتي سببييله آيري-سئچکيليگه معروض قالميش اولان) زينب جلالييان ايللردير کي » محاربه » ايتتيهامي ايلا اعدامي گؤزله يير. توتولدوغو حبسخانادا جيدي ساغليک پروبلملري ياشايان زينب هر ايکي گؤزوندن طبي عمليياتا احتيياج دويور، آنجاق خبرلره گؤره حبسخانا مسوللاري اونا » سن اعدام اولاجاغين اوچون گؤزلرينه احتيياجين يوخدور’ » سؤزويله تداويسينه ايجازه وئرمير و بئله ليکله توم اخلاقي-ويجداني قوراللاري چيينه ييرلر.
دؤولت شيددتي باشليغي آلتيندا بو نؤوع باسقيلارا تکچه ايران’دان يادا آزربايجانلي تورکلردن يوخ، دونياداکي بيرچوخ آيري اؤلکه دن و بيرچوخ آيري خلقدن ميثاللار تاپماق اولار: روسيادا چئچئنلر و شيمالي کافکاسيالي موسلمان خلقلر، ايسپانيادا باسک (basque) ميلتي، بؤيوک بريتانيا’دا شيمالي ايرلاندالي قادينلار و سياسي موباريزه لري، تورکييه ده کورد خلقي، چينده اويغور تورکله ري و اويغور قاديني رابيعه قادير، آفقانيستان و پاکيستانداکي بلوچلار….اؤلکه لر، خلقلر و قانونلار فرقله نسه ده حاکيم سيستمين پاترييارکال (کيشي حاکيمييتلي) و مرکزي دؤولتچي » تک ديل- تک ميللت-تک دؤولت » شوعارلي monist (تکچي) فلسفه سيله عئينيدير:دولاييسي ايله باسقي آلتينداکي ميللتلرده ن اولان قادينلارين گؤردویو ظولم ده بو سيستمين بير نتيجه سي اولاراق مشترک دير
قایناق : آزاد قادین
Ana dil Yasağı , Tecavüz , Daşqalaq və Edam
İran’da Basqı Altındaki Millətlərdən Olan Qadınlara Qarşı Dövlət Şiddəti
Sevda Zencanlı
Bugün başta şərq toplumu olmaq üzərə tüm dünyaya hakim olan patriyarkal (ata-kişi mərkəzli, kişi hakimiyətli) sistəmde hər növ (eqtisadi, milli, sosyal ve politik) təhəkküm ve basqı ilişkisi (əlaqəsi), en çox qadınları məqdur edir. Qadınları kişilərin «namus»u kimi görən, qadının kimliğini özüne gore yox, kişiyle olan əlaqəsine gore oluşturan bu sistemin nəticəsi olaraq, bir şəxsi təhqir etmenin, basqı altına almanın ve aşağılamanın en başlıca yolu onun ailəsindeki qadınlara təhqir olunmasıdır: Bu təkçə şəxslər üçün yox, sosyal topluluqlar ve dolayısıyla uluslar üçün de keçərlidir: Bir ulusu basqı altına almanın ve aşağılamanın bir yolu da o ulusun qadınlarına qarşı muxtəlif yollarla şiddət uygulamaqdır. Bu səbəblədir ki tarixdən bugüne savaşlarda işğalcı dövlətlərin əsgərləri işğal olunan yurdda təhəkküm ve iqtidarlarının isbatı olaraq qadınlara tecavüz edirlər ve yenə bu səbəblədir ki muxtəlif ölkelərdə dili ve ulusal kimliyi yasaq olan basqı-altındaki milletlər, hakim-ulusun qadınlarından çox daha dərin ve çox-boyutlu (çoxmiqyaslı) bir zülmə məruz qalırlar. Bugün İran’da Fars etnik kimliyine (ethnicity) yani ulusuna mənsub olmayan qadınların gördüyü dövlət şiddəti (zorakılığı), patriyarkal sistəmdeki bu iqtidar-təhəkküm savaşının bir qoludur.
Şübhəsiz İran’da yalnız milli varlığı basqı altında olan Türk, Kürd, ərəb, Bəluç vs. qadınları yox, tüm qadınlar dövlət şiddətinə məruz qalırlar: Bugün Tehran, İsfahan, Şiraz, Qom kimi şəhərlərde de dövlətin polisi qadınları İslami Hicaba məcbur edir, qadın haqlarını taptalayan muxtəlif qanunlar etnik kimliyinden yani ulusundan asılı olmayaraq İran’daki tüm qadınları hədəf alır. Ancaq ölkədə yaşananlara, patriyarkal sistəmin sosyolojik təhlilinin ışıqında baxılanda, burdaki basqı altındaki millətlərin qadınlarına qarşı dövlət şiddətinin, diğərlərinə olandan daha fərqli ve daha ağır bir formda olduğunu görürüq
Hərşeydən əvvəl, bu ulusların anadilinin təhsil, mətbuat kimi sahələrdə yasaqlanmasının özü mənəvi bir dövlet şiddətidir ve en çox da bu yasaqa məruz qalan milletlərdəki qadınları, yani anaları hədəf alır. Her toplumda, nəsilden nəsilə dili ve kültürü (mədəniyyəti) davam ettirən şexs, toplumun en kiçik vahidi olan ailədəki “ana”dır, yani qadındır. “Ana”dil yasaqının başlıca nəticəsi olaraq ananın uşaqıyla əlaqesi çoxdilliliğin neticesi olaraq problemliləşir, birçox durumda anadilde təhsil yasaqının yarattığı assimilasiya (assimilation: özgələşmə), uşaqların «ana»dillerini danışabilmemelerinə ve bu səbəblə ana-uşaq əlaqesinde bir qopuqluq yaşanmasına yol açır: Ve ananın uşaqıyla «ana»dilinde daniışabilməməsi olur nəticə. Bu həm “ana” kimliyində, dolayısıyla “qadın”da, ve həm ulusal kimlikte dərin yaralar açır.
Anadil yasaqına əlavə olaraq, rəsmi mətbuat və digər yollardan edilən təhqirlər, dövlət məsulları ve polisləri tərəfindən tecavüz, cinayətlər, idam ve daşqalaq, basqı-altındaki milletlərin qadınlarına qarşı iqtidar-təhəkküm savaşında qullanılan silahlardırlar.
Misal olaraq 2010 ilinin İyun ayında Təbriz’de Bəsicilər tərəfindən təcavüze uğrayıp qətlə yetirilən 26 yaşlı Elnaz Babazade’ye uygulanan bu şiddətin, Təbriz mərkəzli Azərbaycan’ın öz qədərini təyin həqqi taptalanan bir yurd olduğu gərçeği diqqətə alınanda, siyasi bir anlam da taşıdığı görülür. Azərbaycan qadınının məruz qaldığı dövlət şiddətinə, İranın muxtəlif həbsxanalarında daşqalaq (rəcm) yoluyla idam olunmayı gözləyən qadınlardan da misal çekməq olar. Sayısı en azı 19 nefer olan bu qadınların birçoxu Azerbaycanlıdır. Bu qadınlardan biri olan Təbrizli 25 yaşlı Məryəm Qorbanzade, tutulduğunda hamilə idi ve qanunlara görə hamilə bir qadın edam olunamayacağı üçün, vəkilinin Avropa mətbuatına vərdiği beyanatlara göre aborta məcbur edildi. Yenə Avropa ve Dünya mətbuatına sesini çattıran ve bir müddət əvvəl azad bıraxıldığı haqda yalan xəbər yayılan ancaq helə de edamı gözleyən Səkinə Aştiyani de bir Azerbaycanlı qadındır ve vəkilinin beyanatlarına gore Fars dilinde danışabilmediği üçün məhkəmədə özünü savunmaqda çətinliq çekmiştir.
Milli kimlik haqları yada qadın haqları sahəsində fəal olan Azərbaycanlı qadınların həbsolunaraq cismi ve mənəvi basqılara məruz qalması da dövlət şiddətinin bir növüdür: Son olaraq 6 ay həbsə məhkum olan Arman öyrənci təşkilatı üzvü ve Azərbaycan Qadını adlı öyrənci qəzətinin editoru Fatimə Nəsirpur kimi.
Əlbəttə birçox fərqli millətin yaşadığı İran’da basqı altında tutulan, dili ve kimliği yasaqlanan ve öz qədərini təyin haqqı taptalanan tək xəlq Azərbaycanlılar değildir: Türklərin yanında Kürd, Ərəb, Bəluc ve digər uluslardan qadınlar da bu şiddətə məruz qalırlar. Bugün bir Kürd qadını olan (yani həm milli kimliği, həm Sünni məzhəbi ve həm cinsiyəti səbəbiylə ayrı-seçkiliğe məruz qalmış olan) Zeynəb Cəlaliyan illərdir ki “muharəbə” ittihamıyla edamı gözləyir. Tutulduğu hebsxanada ciddi sağlık problemləri yaşayan Zeynəb hər iki gözündən tıbbi əməliyata ehtiyac duyur, ancaq xəbərlərə göre həbsxana mesulları ona “Sən edam olacağın üçün gözlərinə əhtiyacın yoxtur’” sözüylə tedavisinə icaze vərmir ve beləliklə tüm əxlaqi-vicdani quralları çiyneyirlər.
Dövlət şiddəti başlığı altında bu növ basqılara təkçə İran’dan yada Azərbaycanlı Türklərdən yox, dünyadaki birçox ayrı ölkedən ve birçox ayrı xəlqdən misallar tapmaq olar: Rusyada Çeçənlər ve Şimali Kafkasyalı Müsəlman xəlqlər, İspanyada Bask (Basque) milləti, Böyük Britanya’da Şimali İrlandali qadınlar ve siyasi mübarizələri, Türkiyede Kürd xəlqi, Çinde Uyqur Türkleri ve Uyqur qadını Rabiya Qadir, Afganistan ve Pakistandaki Bəluclar….Ölkələr, xəlqlər ve qanunlar fərqlense de hakim sistəmin patriyarkal (kişi hakimiyətli) ve mərkəzi dövlətçi «tek dil-tek millət-tek dövlət» şuarlı “monist” (tekçi) fəlsəfəsi eynidir:
Dolayısı ilə basqı altındaki milletlərden olan qadınların gördüğü zülm de bu sistəmin bir nəticesi olaraq müştərəkdir.
Qaynaq : azad-qadin