21 Fevral, Dünya Anadili Günü Haqqında Ortaq Bildiri / 21 فورال، دونیا آنادیلی گونو حاقّیندا اورتاق بیلدیری
21 Fevral, Dünya Anadili Günü Haqqında Ortaq Bildiri
Güney Azərbaycan və İranda Azərbaycan türkcəsi rəsmi dil olsun!
İyirmi birinci əsərin əvvəlindən etibarən birləşəmiş milltlər təşkilatının aldığı qərar üzərə 21 fevəral dünya anadili günü adlanmış və bütün ölkələrdə bayram kimi qeyd olunur.
Rasist rejimin üzümüzə çəkib, bağladığı kor pəncərəsinə rağmən anadilinin bu bayram havası, nəhayət Təbriz fəallarının qeyərti ilə 2004-cü ildə keçirilən samballı bir qurultayda ölkəmizə daşındı, həmin qurultayın çox imzalı qətnaməsi milli hərkatın qızıl səhifələrindən biri kimi Yunesko və BMT-yə sunuldu və o gündən etibarən hər il 21 fevəral (yaxud isfəndin ikısındə) həm Azərbaycan, həm də diyazporamız tərəfindən xarıcı ölkələrdə sürəkli qeydə alınmağa başladı, anadili gününə aid çeşitli mərasimlərimiz bir daha hərəkatımızın nəqədər demokrat və mədəni olmasını dünyaya sübut etməkdədir.
Bununla belə anadil bayramına can və dildən qatılan millətimiz, hələ də dil haqlarına yiyələnəməmiş, hələ də tapdaqlar altında əzilməkədədir. İran islam cümhüriyyəti ana yasasının 15-ci maddəsində Fars olmayan millətlərin anadilləri və ədəbiyyatlarının məktəblərdə rəsmi dillə yanaşı, oxunulması maniəsiz sayılsa da, nə tək dövlət orqanları bunun doğrültüsünda heç bir atdım atmır, hətta milli dərnəklər və şəxslərin könüllü çabalarına belə əngəl olurlar. Beləlikə, dövlət orqanları bilrəkdən, Azərbaycan Türklərini səssizcə əridib, itirməyə çalışır.
Biz İran islam cümhüryyəti rəjiminin ölkədə Fars olmayan millətlərin dillərinə qoyduğu qanunsuz qadağanı məhküm edib, bu siyasəti qeyri insani və qeyri mədəni olduğundan qınayıb, İranda Türk nüfusunun sayısına əsaslanaraq, Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını istəyirik!
Dünya anadili günü ərəfəsində bu bayramı, dil haqlarından yoxəsün qalan bütün insanlara, xəsüsilə də Azərbaycan qəhrəman milltinə təbrik edir, hamını (ələlxüsus insan haqları örgütləri və demokrat şəxsiyyətləri) ölkədə dil qadağası əleyhinə etiraz səslərini ucaltmağa və bu yasaqların aradan qaldırılmasında başlanan hərəkətə yardımcı olmağa çağırırıq.
20 Fevral 2011 – 1 İsfənd 1389
Azərbaycan Demokrasi Ocağı
Dünya Azərbaycanlılar Konqresi / DAK
Güney Azerbaycan İnsan Haqları Təşkilatı – Danimarka
Güney Azərbaycan Demokrat partiyası / GADP
Güney Azərbaycan Milli Oyanış Hərəkatı / GAMOH
———————————————————————–
21 فورال، دونیا آنادیلی گونو حاقّیندا اورتاق بیلدیری
گونئی آزربایجان و ایراندا آزربایجان تورکجه سی رسمی دیل اولسون!
اییرمیبیرینجی عصرین اوّلیندن اعتیبارا بيرلشميش میلّتلر تشكيلاتینین آلدیغی قرار اوزره 21 فئورال دونیا آنادیلی گونو آدلانمیش و بوتون اؤلکهلرده بایرام کیمی قئید اولونور.
راسیست رژیمین اوزوموزه چکیب، باغلادیغی کور پنجرهسینه راغما آنادیلینین بو بایرام هاواسی، نهایت تبریز فعاللارینین غئیرتییله 2004-جو ایلده کئچیریلن سامباللی بیر قورولتایدا اؤلکهمیزه داشیندی، همین قورولتایین چوخ ایمضالی قطعنامهسی میلّی حرکتین قیزیل صحیفهلریندن بیری کیمی یونسکو و بئ.ام.تئیه سونولدو و او گوندن اعتیبارا هر ایل 21 فئورال (یاخود ایسفندین ایکیسینده) هم آذربایجان، هم ده دیازپورامیز طرفیندن خاریجی اؤلکهلرده سورکلی قئیده آلینماغا باشلادی، آنادیلی گونونه عایید چئشیتلی مراسیملریمیز بیر داها حرکتیمیزین نهقدر دموکرات و مدنی اولماسینی دونیایا ثبوت ائتمکدهدیر.
بونونلا بئله آنادیل بایرامینا جان و دیلدن قاتیلان میلّتیمیز هله ده دیل حاقلارینا یییهلنمهمیش، هله ده تاپداقلار آلتیندا ازیلمکدهدیر. ايران ایسلام جمهوریتی آنا ياساسينين 15-جی مادهسینده فارس اولمايان میلّتلرين آناديللری و ادبیاتلارینین مکتبلرده رسمی دیلله یاناشی، اوخونولماسی مانیعهسیز ساییلسا دا، نه تک دؤولت اورقانلاری بونون دوغرولتوسوندا هئچ بیر آتدیم آتمیر، حتی میلَلی درنکلر و شخصلرین کؤنوللو چابالارینا بئله انگل اولورلار. بئلهلیکه، دؤلت اورقانلاري بیلرکدن، آذربایجان تورکلرینی سسسیزجه اریدیب، ایتیرمگه چالیشیر.
بیز ایران اسلام جمهوریتی رژیمی نین اؤلکه ده فارس اولمایان میللت لرین دیللرینه قویدوغو قانونسوز قاداغانی محکوم ائدیب، بو سیاستی غیری اینسانی و غیری مدنی اولدوغوندان قیناییب، ایراندا تورک نوفوسونون سایی سینا اساسلاناراق، آذربایجان تورکجه سینین رسمی دوولت دیلی اولماسینی ایسته ییریک!
دونیا آنادیلی گونو عرفهسینده بو بایرامی، دیل حاقلاریندان یوخسون قالان بوتون اینسانلارا، خصوصیله ده آذربایجان قهرمان میلّتینه تبریک ائدیر، هامینی (علیالخصوص اینسان حاقلاری اؤرگوتلری و دوموکرات شخصیتلری) اؤلکهده دیل قاداغاسی علیهینه اعتراض سسلرینی اوجالتماغا و بو یاساقلارین آرادان قالدیریلماسیندا باشلانان حرکته یاردیمجی اولماغا چاغیریریق.
20 فئورال 2011- 1 ایسفند 1389
آزربایجان دموکراسی اوجاغی
دونیا آذربایجانلیلار کونقرئسی (داک)
گونئی آذربایجان اینسان حاقلاری تشکیلاتی – دانیمارک
گونئی آذربایجان دمکرات پارتیاسی (گادپ)
گونئی آذربایجان میللی اویانیش حرکاتی
هنوز دیدگاهی داده نشده است.
نظر شما در مورد این نوشته چیست؟